BURA / ORA
27 yaşlı qadına təcavüz Hindistanı ayağa qaldırdı Tarix : 04 Dekabr 2019, 19:24

Hindistanda bir qadın 4 nəfərin təcavüzünə uğradıqdan sonra yandırılaraq öldürülüb. Bu hadisədən sonra xalq küçələrə tökülüb.

Qadınlara qarşı cinsi zorakılığın həddindən artıq çox yayıldığı Hindistanda bir təcavüz hadisəsi ölkəni ayağa qaldırıb. Ötən çərşənbə günü baytar işləyən 27 yaşlı qadın 4 nəfərin təcavüzünə uğrayıb. Öldürüldükdən sonra cəsədi Heydərabad kəndində yandırılıb.

Polis verdiyi açıqlamada təcavüzə uğrayan qadının öncə boğulduğunu, daha sonra cəsədinin Heydərabad kəndinin bir kənar məhəlləsində yandırıldığını bildirib. Hadisə ilə bağlı yaşları 20 ilə 28 arasında olan 4 nəfər həbs edilib.

Bu hadisədən dərhal sonra bütün ölkədə xalq etirazlara başlayıb. Etirazçılar millət vəkilləri və aidiyyatı qurumlardan məhkəmə qərarının tez verilməsini və günahkarların cəzalandırılmasını tələb edir.  

Hökumət tərəfindən təqdim edilən rəsmi hesabatlarda polisin 2017-ci ildə 32500-dən artıq təcavüz hadisəsini qeyd aldığı göstərilir. Ancaq on minlərlə məhkəmə davası hələ də nəticələnməyib. Hindistanda 2017-ci ildə məhkəmələrdə təcavüz ittihamı ilə bağlı 18300 dava nəticələnsə də, 127800-dən artıq dava isə hələ də gözləmədədir.

Qadın haqları üzrə vəkil Flavya Aqnes məsələ ilə bağlı bunları deyib: "Bu, təcavüzə uğrayana münasibətdə çox əsəb korlayan bir vəziyyətdir. Dəlillər məhkəməyə təqdim edildikdən sonra da qərarın açıqlanması çox uzanır”.

Son vaxtlar Hindistan Senatında vəkillər təcavüzçülərin asılması qərarının qüvvəyə minməsini təklif edir.

qadinkimi.com