SEVGİ
EŞQ MƏCAZLARI 2-ci hissə Tarix : 03 Yanvar 2024, 23:20
Oliver Vendel Holms 1885-ci ildə yazdığı "Daxili ikrah" əsərində deyir ki, sevgi xoşbəxtliyin, nifrətin, qısqanclığın, bütün bunlardan da çox qorxunun qapısını açan bir açardır. "Deyilənə görə sevgi ikitərəfli bir yol kimidir. Üzbəüz gələnlər bir-birinə güzəşt edib yol verməlidir. Amma mən inanmıram, çünki son iki ildə bu yolda mənim anamı ağlatdılar", — deyə "Nəfəs verməyi gözləyərkən" kitabının müəllifi Terri Makmillian yazmışdı. "Sevgi dilənçilikdir. Özü də lap zəhlətökənindən. Çağırılmamış gəlir və hər şeyinə əl qoymaq istəyir." Korin Ruzvelt Robinson belə düşünüb, belə yazıb. Ürəkodlayan ingilis romantik şairi Corc Qordon Bayron bir şeirində eşqin göylərdə nur olduğunu yazıb, onu əbədi tonqalı yandıracaq qığılcıma bənzədib. "Gənclərin məhəbbəti alov kimidir. Gözəldir, əksər hallarda qızğın və kəskin olur. Amma bununla belə yüngül və tez öləziyib gedir. Orta yaşlı adamın artıq təcrübəli və nizamlı ürəyi isə kömür kimidir, közü dərindədir və onu söndürmək olmur". Bu fikir Avqusta Murun "Plimut kafedrası" kitabında bəhs etdiyi Henri Biçerin söhbətlərində deyilib.
Rixard fon Kraft-Ebinqin 1886-cı ildə yazdığı "Seksual psixopatiya" kitabında sevgi belə izah olunur: "Cilovsuz məhəbbət ətrafındakı hər şeyi yandırıb kül edən vulkandır. Hər şeyini — şərəfini, malını-mülkünü və cansağlığını əlindən alır."
 
Sevgi kişi üçün nə deməkdir?
Linda Barriyə görə eşq partlamağa hazır siqardır və hamımız onu həvəslə çəkirik. Alisa Kuper inanır ki, eşq dolu silahdır və öldürmək üçün atəş açılır. "İzdivacln psixologiyası"nda Onore de Balzak məhəbbəti hisslərin poeziyası adlandırır.

Ardı var....

Aygün Əziz, tərcüməçi, publisist.
Qadinkimi.com