QADIN / KİŞİ
Seda Sayanın nikahı, niyə uşağınız yoxdur kimi axmaq suallar… Tarix : 27 Aprel 2022, 20:12

59 yaşlı Seda Sayan 35 yaşlı Çağlar Öktenlə rəsmi nikaha girərək ailə qurub. 


Deyəcəksiz ki, Sedanın pulu var ona görə.


Barselonanın məşhur futbolçusu Pike həyat yoldaşı Şakiradan 10 yaş balacadır. Hər ikisinin pulu da var, hər şeyi də.


Makronun həyat yoldaşı özündən 24 yaş böyükdü.

Belə dünyada minlərlə, milyonlarla cütlük saymaq olar ki, həm məşhurdurlar, həm pulları var. 


Sözümün canı nədir. 

Azərbaycan insanı, biz cəmiyyət olaraq evliliyin nə olduğunu dərk etməliyik. 

İki insan bir yerdə yaşayırsa onları birləşdirən nəsə var demək ki. 

İstənilən yaşda insan başqası ilə birlikdə yaşaya bilər, bu, qınaq obyekti olmamalıdır. 


Birlikdə yaşamaq rəsmi və ya qeyri-rəsmi oldu olmadı fərq etməməlidir. Birlikdə yaşayan insanları qohum qonşu mental basqılar göstərib onları narahat etməməlidir. Misal üçün "niyə uşağınız yoxdu" kimi axmaq suallarla.


Yaşayan insanların şəxsi həyatı başqasın narahat etməməlidir. 


Biz cəmiyyət olaraq özümüzü tərbiyə edib qlobal düşünməliyik. Başımızı qaldırıb dünyaya baxmalıyıq, qəbilə, tayfa qanunlarından azad olsaq xoşbəxt olacağıq. 


Bu gün rəsmi məlumat yayılıb ki, Azərbaycanda son 2 ayda 2505 (günə 42) boşanma halı qeydə alınıb. 

Bunu normal qəbul etmək lazımdır. İnsanlar birlikdə ömür boyu yaşamaq zorunda deyillər. 


Ayrı-ayrı ailələrdə, fərqli tərbiyə, fərqli düşüncə ilə böyüyən iki insan birlikdə yaşayarkən bütün uyğunsuzluqlar ortaya çıxır. Boşanan insanlar nisbətən azad insanlardı. 


Sadəcə cəmiyyət bir şəxsin istər qız, istərsə oğlan ikinci, üçüncü dəfə yenidən ailə qurmasını normal bir yaşam tərzinə çevirməlidir.


Bu məsuliyyət isə Azərbaycan kişisinin üzərinə düşür. Azərbaycan kişisi meyxana təfəkkürünü kənara qoyub boşanan, ayrılan qadına ikinci əl kimi baxmaqdan xilas ola bilsə, Azərbaycan cəmiyyəti xoşbəxt olacaq.


Şəhriyar Məhərrəmov

qadinkimi.com