UŞAQ / BÖYÜK, GENDER
Uşaqlara gender bərabərliyini izah etməyin yolları Tarix : 11 Fevral 2021, 01:41

Uşaqlar arasında kəskin cinsiyyət stereotipləri qoymaq yanlışdır

Oğlan uşaqlarının rəngi mavi, qızlarınkı isə çəhrayı rəng olaraq bəlirlənib. Hətta körpələrə paltar alanda da bir qayda olaraq bu rəng ayrımına diqqət yetirilir. Digər tərəfdən, qız uşaqlarına maşın və digər bu kimi oyuncaqlar yox, əsasən gəlinciklər alınır. Qızlar oturanda ayaqlarını birləşdirib mədəni şəkildə oturmalı olduğu halda, oğlanlar istədikləri kimi otura bilirlər. Bütün bu kiçik gözə dəyməyən cinsiyyət stereotiplərinin məntiqi nədir?

Uşaqlar arasında cinsi ayrı-seçkilik yoxdur, onlarda bu düşüncəni formalaşdıran böyüklərin bəlirlədiyi bu və bunlar kimi bir çox cinsiyyət stereotipləridir.

İlk növbədə biz özümüz anlamalıyıq ki, uşaqlar arasında "kişi təbiəti" deyə bir anlayış yoxdur, eynən "bu, qız əşyasıdır" kimi ifadə də. Uşaq uşaqdır və onlar hamısı bir-birindən fərqlidir. Bəzi davranışları cinsiyyət rollarına görə müəyyənləşdirmək, yaxud da bəzi seçimləri cinsiyyətlə əlaqələndirmək uşaqların həyatı dar bir çərçivədən görməsinə, anlamasına səbəb olur. Pedaqoqlar kiçik yaşlarda bu cür cinsi ayrı-seçkiliyin, uşaqlara yanlış, hətta təhlükəli mesajlar ötürdüyünü deyirlər. "Kişi təbiəti" istədiyini alan, tutduğunu qoparan olmalıdır. Bəs bunun bir sərhədi varmı? Bununla yanaşı, yalnız qadınlar zərif və kübar olmalıdır düşüncəsinin formalaşması oğlan uşaqlarının ilk yaşlardan bir növ dağıdıcı hissləri mənimsəmələrinə yol açır. Bu zaman cəmiyyətdə böyüyən qız uşaqlarını özümüz təhlükəyə atmırıqmı?

Cinsiyyət stereotipləri adətən şüursuz bir formada qərəzin ortaya çıxmasına və çoxalmasına səbəb olur. Yanlış məlumatlar əsasında formalaşmış düşüncə də cəmiyyətə zərər verir. Belə zərərli stereotipləri mənimsəməklə bu qəlibləri sorğulamadan qəbul və təbliğ etməyin cəmiyyəti, insan münasibətlərini nə dərəcədə zədələdiyini görmək, anlamaq lazımdır.

Oğlan uşaqlarında empatiya qabiliyyətini necə gücləndirməli?

Mütəxəssislər illərdir formalaşmış cinsiyyət ayrı-seçkiliyini zəiflətmək üçün bir neçə davranış normaları məsləhət görürlər. Onlardan ən əsası isə oğlan uşaqlarını düşüncəli olmağa və hisslərindən bəhs etməyə təşviq etməkdir. Kişilər də qadınlar qədər empatiya qabiliyyətinə sahibdirlər. Amma sosial təzyiqin, "kişilik" qəlibinin onlar üzərində qoyduğu təsirlərdən biri də böyüdükcə hisslərini ifadə etməkdə, ən dərin duyğularını dilə gətirməkdə çətinlik çəkmələridir. Bunun əvəzində onlar daha çox qəzəb və əsəb hisslərini göstərməyə üstünlük verir, ən yaxşı halda zarafatlaşıb gülürlər. Halbuki insanın onlarla fərqli ruh halı var. Qadın da, kişi də qəmli də ola bilər, həyəcanlı da, qorxu da hiss edə bilər, sevinc də. Sadalanan bu hisslərin hər biri bütün insanlara aiddir. Bunları öz içində yaşamaq, kənara göstərməmək, bəzən özünə belə etiraf etməmək insanı stresli, qəzəbli hala gətirir. Bu səbəbdən də oğlan uşaqlarını bir cinsiyyət qəlibinə yerləşdirməkdənsə, onları utanmadan duyğularını açıq formada ifadə etməyə yönəltmək etmək ən doğru yoldur. Xüsusilə, oğlan uşaqlarının empatiya qurmalarına imkan yaradılması onların gələcəkdə çox dəyərli dostluqlar və münasibətlər qurmasına, qurduqları bu münasibətlərin davamlı olmasına təkan verəcək, ünsiyyət qabiliyyətini inkişaf etdirəcək.

Bütün bunlarla bərabər, qız uşaqlarını da "bacarmayacaqlar"ı yanılğısından xilas etmək lazımdır. "Qızlar riyaziyyat və elmi işi bacarmazlar", "qızlar texnikadan düzgün istifadə edə bilməzlər", "yüksək texnologiyalarla işləmək üçün qadın beyni çox zəifdir və tez yorulur" kimi bir çox hər çağa, hər sahəyə uyğun qəliblər yaradılır. Bu səbəbdən uşaqlara bu cür birləşmələrin mənasız və cahil təfəkkürün məhsulu olduğunu, bunların boş və mənasızlığını öyrətmək, onları özlərinə və istədikləri sahəni seçib, o sahədə əmək verərək ixtisaslaşa biləcəklərinə inandırmaq hər bir valideyn üçün ən düzgün davranış metodudur. Qız uşaqları cəmiyyətdən belə aşağılayıcı mesajlar qəbul edərək böyüsələr, bu qəlibləşmiş ifadələr onların bütün potensialını, həyatlarını və gələcəklərini məhv edə bilər. Burada ən acınacaqlısı isə indiki qız uşaqlarının - gələcək anaların cinsiyyət sərhədlərinin olduğu qəliblərə inanıb onları qara bir miras kimi gələcək nəsillərə ötürmə ehtimalıdır.

Natəvan ABDULLA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub