SEVGİ
Cümlənin gizli mübtədasına çevrilirik Tarix : 28 Avqust 2020, 08:56

İnsan xoşbəxt olduğu zaman yaşayır. Qalan vaxtlarda isə ömür sürür. (Derkaç)

Həyat hər zaman istədiyimiz kimi olmur. Bəzi vaxt acı çəkdirir, bəzi vaxt isə xoşbəxtlik verir. Ancaq insan ömrü boyu xoşbəxtliyi axtarır. Əslində məqsədi ətrafındakı insanlardan sevgi görmək istəməsidir. Bu sevgini görə bilirikmi?

Kədərlənirik, usyan edirik, icimizdə fırtınalar qopur. Hər bir cümlənin gizli mübtədasına çevrilirik. Lakin taleyimizin çəkdiyi qara zolaqları qırmızıya çevirə, aşa bilmirik.

Mən "Bencamin Battonun qəribə hekayəsi" filmindən belə bir epizodu xatırlatmaq istəyirəm. "Saatlar geriyə doğru işləsəydi, bəlkə də, xoşbəxt ola bilərdik. Ən bərbad halda doğulub, ən bərbad şəkildə ölə bilərdik, amma yenə də bir şeylər yolunda gedə bilərdi. Gözümüzü açdığımız andan, bagladığımız ana qədər dünyanı sevə bilərdik. Bəlkə, zamanı geriyə alıb, itirdiklərimizi gətirə bilərdik .Evlərimizə dönə bilərdik. "80 yaşında doğulub 18 yaşacan yavaş-yavaş yaşaya bilsəydik həyat sonsuz bir xoşbəxtlik olardı. "Amma olmadı,olmayacaq. Deməli ,bütün bu deyilənlərdə böyük bir həqiqət var .Əgər xoşbəxtlik yoxdursa ,sən ömrü boyu onu əldə edə bilmirsən. Gücün tükənir. Əslində bu insanın zəifliyi deyil. T.M.Dostoyevskinin belə bir kəlamı var: "Gücümü içimdəki gücsüzlüklə boğusarkən tükətdim..."

Güclü insanların da mənəvi cəhətdən yorulan vaxtı olur, səbri tükənir. Güclü insan hansısa bir zəif insanın üstündə öz gücünü sınayan biri deyil.

Güclü insan başqalarının dərdinə şərık olmağı bacaran, ona kömək edən, dayaq olandır. Başqasının acısını duymaq hissidir.

Deyirlər güclü insanlar ağlamır... Həyatın keşməkeşləri onlara təsir etmir... Belə deyənlər bilmirlər ki, onlar ancaq reallıqla barışıb təkliklə dostlaşırlar. Hər zaman gülən gözlərinin arxasında bir kədər olur. Qürürlu olurlar.İnsanların ədalətli savaşçı olmadığını bildikləri üçün dərdləşə bilmirlər. Və heç kəsin bilmədiyi qaranlıq bir yerdə səssizcə ağlayırlar. Bütün bunlara baxmayaraq istər güclü, istərsə də zəif insanlar yaşamağa məcburdular.

Amma biz xoşbəxt də ola bilərik.

Güclü insanlar qürurlu olur. 

 

Yalnız qalmamaq və xoşbəxtlik diləyi ilə

 

Yeganə Sadıqova 

 

 

qadinkimi.com