AzNews.az-a daxil olan məlumata görə, avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğulub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
P. S. Bir "kişi" bir qadının və övladının həyatına qəddarlıqla son qoydu. Burda hansı "zəruri"tədbirlər görüləcək? Kişilərin, onları böyüdən anaların düşüncəsinə necə təsir etmək olar görəsən? Bu "beyin xərçəngi"ndən cəmiyyəti necə xilas etmək olar?
P. S. Bu cinayətdə diqqətçəkən "xoş" məqam da vardı: cinayətə "qısqanclıq zəminində" adı verilməyib...Sonradan bu adı verməsələr...
qadinkimi.com