QADIN / KİŞİ, SEKS
Uzun müddətli münasibətlərdə qadınlar cinsi istəyi itirməyə kişilərdən daha meyllidirlər Tarix : 31 İyul 2020, 10:23

Böyük Britaniyada aparılan araşdırmada, uzun müddətli münasibətlərdə, cinsi istəyin azalmasının kişilərə nisbətən qadınlarda iki qat çox olduğu ortaya çıxıb.

Araşdırmaya görə, yaş artdıqca, həm qadınlarda, həm kişilərdə cinsi istək azalır, lakin bu azalma hissi daha çox qadınlarda olur.

Sağlamlıq problemlərin və emosional bağ qura bilməməyin həm qadınlarda, həm kişilərdə cinsi istəyi söndürdüyü bildirilir.

Bu məlumatlar, 16-74 yaş arasında olan, təxminən beş min kişi və altı min yeddi yüz qadın arasında aparılan araşdırma nəticəsində ortaya çıxıb.

İnternet sağlamlıq jurnalı BMJ Open-ə görə, araşdırmada iştirak edən kişilərin on beş faizi, qadınların isə otuz dörd faizi, son bir ildə üç ay və ya daha artıq müddət ərzində seksə olan maraqlarını itirdiklərini deyiblər.

Seksopatoloq Ammanda Major cinsi istəyin azalmasının qeyri-adi olmadığını və bunun arxasında müxtəlif səbəblərin olduğunu söyləyib.

Bəziləri üçün bu təbii olduğu halda, digərləri üçün bədbəxtliyə və təəssüfə gətirib çıxarır.

Cinsi istəyin itməsi kişilərdə daha çox 35-44 yaş arasında, qadınlarda isə 55-66 yaş arasında olduğu deyilir.

Böyük Britaniyadakı iki universitetdən olan tədqiqatçılar menopauzanın buna səbəb olduğuna aid bir sübut tapa bilməyiblər.

Ancaq evdə balaca uşaqların olması, qadınlar üçün cinsi istəyi azaldan bir səbəb olaraq göstərilib.

Fiziki və əqli sağlamlıq problemləri, seks əsnasında ünsiyyət və emosional bağın olmaması qadınlar və kişilərdə cinsi istəyi azaldan səbəblər sırasındadır.

"Söhbət etmək cinsi istəyi artırır"

Böyük Briyaniyada cinsi davranışlarla bağlı aparılan sorğuda qarşı tərəflə cinsi mövzularda rahatlıqla danışa bilən insanların cinsi istəkləri itirməyə daha az meylli olduğu ortaya çıxıb.

Qarşı tərəflə seksə eyni marağı duymamaq və fikir ayri-seçkiliyi qadınların cinsi istəklərini azaldan amillər olaraq göstərilir.

Southampton Universitetindən cinsəllik və reproduktiv sağlamlıq professoru Cynthia Graham məlumatların qadın və kişilərin cinsi istəklərinin azalmasının səbəblərini başa düşməyə və bunları həll etməyə kömək edəcəyini söyləyib.

Graham bu problemi həll etmək üçün anti-depressiya dərmanları tövsiyə etməkdən kənara çıxmaq lazım olduğunu qeyd edib.

Amerika Ərzaq və Dərman Administrasiyası qadınların libidosunu artıracaq olan ilk dərmanın satışını təsdiqləyib.

Ammanda Major "seks çox şəxsi bir mövzu ola bilər və bu barədə danışmağa utanmaq mümkündür. Amma cinsi həyatınızı yaxşılaşdırmaq üçün, danışmaq edə biləcəyiniz ən yaxşı şeydir" - deyib.

 

qadinkimi.com