HƏR ŞEY / HEÇ NƏ, BİLİM / DİN
Özünü tanı - Test 10 Tarix : 22 İyul 2020, 09:15
Özünü tanı

TEST 10 
 

Bundan əvvəlki 9 testdə təqdim olunan şəkillərə təsəvvürünüzdəki fikirləri canlandırmaqla aldığınız cavabla psixikanızın sağlam, narahat, rahat, stressli olub-olmadığını öyrəndiniz.

Həyat həyəcan və streslə doludur və çox vaxt rahatlıq, dinclik arzulanır. Bərabərliyi qorumaq və duyğuları idarə etmək isə həmişə çox çətin olub. Sadə bir ekspress testi özünüzü başa düşməyə və psixikanızın nə qədər sabit olduğunu yoxlamağa kömək edir. Sizə təqdim olunan sonuncu - onuncu testdə stressli həyatın çətinliklərinə dözərək xoşbəxt insan sayıla biləcəyinizi bilmək üçün 8 rəng təqdim olunur. Onlardan birini seçin.

Biz sizin əhvalınızı , hətta xarakterinizi təxmin etməyə çalışacağıq.

1. Qırmızı rəng. Siz enerjili, aktivsiniz, fəal işçisiniz, mərkəzdə olmağı sevirsiniz, yaxşı rəhbərsiniz.
 
2. Qara rəng. Qara etiraz, iğtişaşları əks etdirir. Həyatınızda dəyişiklik etmək üçün çox səy göstərməyə hazırsınız.

3. Yaşıl rəng. İddialarınız yüksək səviyyədədi və bir qayda olaraq, hər yerdə, hər zaman birinci olmağın ehtiyacını hiss edirsiniz.

4. Qəhvəyi rəng. Gərginliyə meyllisiniz, tez-tez emosional və ya fiziki narahatlıq keçirirsiniz, uğurlarınız başqalarının gözləntilərinə cavab vermədiyindən
narahatsınız.
 
5. Mavi rəng. Çox güman ki, sakit, lakin həssas bir insansınız. Sizin üçün əsas şey başa düşülməkdi.


 
6. Bənövşəyi. Yəqinki, bir uşaq xislətindəsiniz. Özünüzü rahat hiss etmək üçün daim təşviq və tərifə ehtiyacınız var.


7. Boz rəng. Passiv rədd olunma rəngidi. Yəqin ki, indiki durumunuzda sadəcə nədənsə bezmisiniz, ruhdan düşmüsünüz.
 

 
8. Sarı rəng. Həyata bir hədiyyə olaraq həvəslə baxırsınız. Ancaq kənar rəhbərliyə ehtiyacınız var. Həmişə kimsə sizi idarə edir.
 
 
P.S. Sizə 10 test təqdim etdik. Özünüz haqqında nələrsə öyrənə bildinizmi? Öyrəndiyiniz yeniliklər sizə kömək etdimi?

Bütün nəticələrlə razısınız? Fikirləriniz maraqlıdır.


.

Yeganə İskəndərova
psixoloq,jurnalist.
 
 
qadinkimi.com