BURA / ORA
2020-ci il Cinsiyyət Bərabərliyi Hesabatı: Azərbaycan 94-cü yerdə Tarix : 19 Dekabr 2019, 13:19
Yazar : Qadinkimi.com
Dünya İqtisadi Forumu (WEF) 2020-ci il üçün Cinsiyyət Bərabərliyi Hesabatını yayıb. 

Dünya ölkələrinin cinsiyyət bərabərliyinə görə sıralandığı siyahının başında  İslandiya, Norveç, Finlandiya və İsveç yer alıb. Azərbaycan isə 94-cü yerdə qərarlaşıb. 

Cinsiyyət bərabərliyi siyahısı hazırlanarkən qadınların iqtisadiyyatda iştirakı, fürsət bərabərliyi, təhsil imkanları, sağlamlıq və qadının siyasi cəhətdən gücləndirilməsi kimi kriteriyalar nəzərə alınıb. Hesabatda cinsiyyət bərabərliyi indeksində 1 bal tam bərabərlik anlamına gəlir. 
 


Hesabata görə, bu bala ən çox yaxınlaşan ölkələr İslandiya, Norveç və İsveçdir. Suriya, İraq, Pakistan və Yəmən isə 1 balın ən gerisində qalan ölkələrdir. 
Qərbi Avropa ortalama 76,7 % ilə cinsiyyət bərabərliyinin ən yüksək olduğu bölgədir. 

Cinsiyyət bərabərsizliyinin ortadan qalxması məsələsində çox az irəliləyiş müşahidə edildiyini vurğulayan Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab "Bu hesabat dərhal hərəkətə keçməmiz lazım olduğunu açıqca ortaya qoyur. Əgər bu sürətlə davam edərsək, bərabərsizliyin ortadan qalxması üçün bir əsr lazım olacaq” deyib. 

Hesabata görə qadınların kişilərlə bərabər haqlara sahib olması üçün ən az 100 il, kişilərlə bərabər maaş ala bilməsi üçün isə 257 il keçməsi lazımdır. 
 
 

Mənbə: euronews.com
qadinkimi.com