Hələ orta məktəbin son ilində "The Mars Generation” tərəfindən STEM və Kosmos sahəsində 24 yaşlı altı 24 liderdən biri olan Atalay Microsoft, KAGIDER və Aydın Doğan Fondunun təşkil etdiyi texnologiyanın Qadın Liderləri proqramında Gələcəyin Ulduz Namizədi mükafatını alır.
Atalay bu il TED tərəfindən Nyu Yorka çıxış üçün dəvət edilən 14 tələbədən biridir. Onun xəyalı kosmik gəmi ilə nəzarət otağına eniş etmək və bunun sevincini yaşamaqdır...
O, gənc yaşda əldə etdiyi uğurlarını Habertürkə müsahibəsində anladıb.
Canda Atalay 2000-ci ildə İstanbulda doğulub. İdarəetmə bölümü məzunu anası ilə kompüter mühəndisliyi məzunu atasının İstanbulda kiçik bir ofisi var. İbtidai sinifdən texnologiyaya marağı olduğunu vurğulayan Atalay texnologiyanı öyrənmək məqsədi ilə Microsoftun layihə kursuna da qatılıb.
"Məktəb illərində daha çox maraq dairəmi və bacarıqlarımı inkişaf etdirirdim, son ilimdə isə hər kəs kimi universitet imtahanına hazırlaşdım. OTDÜ-yə qəbul oldum. Düşünürəm ki, 2-3 saatlıq bir imtahan heç nə üçün həlledici deyil”.
Gənc istedad hələ orta məktəbdə oxuyarkən yolunu seçir. Nəzəri fizika və kosmologiya ilə maraqlanır: "Kosmik gəmi ilə də maraqlanmağa başladım və daha çox diqqətimi çəkdiyini hiss etdim”.
Universitet təhsilinin orta məktəblə müqayisədə daha ağır olduğunu bildirən Atalay "Həm dərslərimlə məşğul olmaq, həm də universitet xaricində layihələrə qatılmaq məni bir az çətinə salır. Amma yaxşı bir mühəndis olmaq üçün çətinliklərin öhdəsindən gəlməkdən başqa bir yol yoxdu”. Elon Musk, Jeff Bezos, Riçard Branson kimi şəxslər maraq duyduğu və fəaliyyətlərini izlədiyi şəxslərdir.
Fərqli layihələrdə iştirak etdiyi zaman yeni dostlarla tanış olduğunu bildirən Atalay "Hamımızın hədəfi eynidi, bu da dostluğumuzu dəyərli edir. Sosial mediada vaxt keçirmək, bəyənmələr əldə etmək üçün telefonun başında oturmaq mənə xoş deyil. Sosial mediada keçirəcəyim vaxtın yerinə film izləmək, kitab oxumaq və kompüter oyunları oynamaqdan daha çox zövq alıram” deyib.
Atalay "Nələrisə hazır əldə edəcəyimizi gözləmək əvəzinə istədiyimizi əldə etmək üçün əlimizdən gələni etməli olduğumuza inanıram” fikrini də əlavə edib. O, əldə etdiyi uğurları belə sadalayır:
-Orta məktəbin son illərində məktəblərarası təyyarə modeli müsabiqəsində finalist olub.
-Yenə həmin illərdə oxuduğu məktəbin fizika müəlliminin dəstəyi ilə TUBİTAK-ın məktəb şagirdləri üçün araşdırma kursuna qatılıb və kosmik çirklənmənin qarşısını azaltmağa yönəlmiş Cube-Sat layihəsini təqdim edib.
-Qudvol (Goodwall) adlı bir İsveçrə şirkəti tərəfindən başqa üzvlərə nümunə olması məqsədilə "influencer” adlı burs alıb.
-ABŞ səfirliyinin və TURKONFED-in təşkil etdiyi "STEM ilə yeni üfüqlər” layihəsinə seçilib.
-Orta məktəbin son ilində The Mars Generation tərəfindən STEM və kosmos sahəsində 24 yaş altı 24 liderdən biri olub.
-Microsoft, KAGIDER və Aydın Doğan Fondunun təşkil etdiyi Texnologiyanın Qadın Liderləri proqramında Gələcəyin texnologiya ulduzu namizədi mükafatını alıb.
-Bu il TED tərəfindən TED-Ed Weekend üçün çıxış edəcək 14 tələbədən biri olaraq Nyu Yorka dəvət olunub.
Kosmos sahəsində çalışan qadınların sayının kişilərlə müqayisədə az olduğunu vurğulayan Atalay cinsiyyəti səbəbilə heç vaxt geri qalmadığını və özü üçün bir model seçəcək qadın da tanımadığını deyib. "Əgər mən bir qız üçün potensialını üzə çıxarmağa motivasiya ola biləcəyəmsə, bu, mənim üçün böyük şərəfdi. Təbii ki bütün bunlar daha çox çalışmağım üçün mənə motivasiya verir. Eyni zamanda beynəlxalq aləmdə bir neçə nəfərin də olsa Türkiyəyə qarşı fikirlərini dəyişdirə bilirəmsə, bu da böyük xöşbəxtlikdir”.
Gələcək planının nə olduğu sualına isə belə cavab verib: "Yəqin internetdə uğurlu enişdən sonra sevinən nəzarət otağında çəkilmiş videoları görmüsünüz. Oxuduğum bölümü seçdiyimdən bu günə qədər əsas hədəfim budur. Bir mühəndis olaraq illərimi bir layihəyə həsr edib onun elm və texnologiya üçün lazımlı bir iş olacağına nail olmaqdır. Bu hədəfimi gerçəkləşdirmək üçün sonuna qədər çalışacam”.
qadinkimi.com