16 yaşında olarkən bir rejissorun cinsi istismarına məruz qalan Riis Viterspun (Reese Witherspoon) bunu əvvəllər heç vaxt dilə gətirmədiyini bildirir. Çünki ona "iş tapmaq istəyirsənsə, səssizliyini qorumalısan” deyilir.
Məşhur aktrisa 1992-ci ildə baş verən hadisə barədə film agentlikləri və prodüserlər ondan susmasını istəyiblər..
Viterspun The Guardiana verdiyi müsahibədə "Kaşki sizə bunun karyeramda yaşadığım yeganə təcavüz hadisəsi olduğunu deyə bilsəydim. Təəssüf ki, bu, belə deyil. Dəfələrlə təcavüz və cinsi istismara məruz qalmışam”- deyə etiraf edir.
43 yaşlı aktrisa hazırda Cenifer Anistonla (Jennifer Aniston) birlikdə "The Morning Show” adlı seriala çəkilir. O, bu seriala çəkildikdən sonra keçmişdə başına gələn təcavüz və şiddət travmalarını yenidən analiz etdiyini deyir.
Serial uzun müddət cinsi istismarda təqsirləndirilən televiziya aparıcısı olan bir kişinin həyatından bəhs edir. Serialda Viterspun da televiziya aparıcısnı canlandırır.
qadinkimi.com