SƏNƏT
11 yaşlı Ləman Cenevrə Konservatoriyasına dəvət alıb Tarix : 14 Noyabr 2019, 13:15

11 yaşlı Ləmanın musiqiyə gəlişi təsadüfi olsa da, onun bu seçimi özünü doğruldub. Bacısını musiqiyə yazdırmağa gedən anasının yanında olan Ləman müəllimənin diqqətini çəkib. Müəllimə qızın musiqi duyumunu yoxlayıb. Beləcə, Ləmanın musiqi həyatı başlayıb.  

Ləman 4 yaşından musiqi ilə məşğul olur. Rəqs etməyi, rəsm çəkməyi də sevir. Kədərli musiqini sevdiyini deyir. 

İndi Ləman təhsil üçün Cenevrə Konservatoriyasına dəvət olunub.

Anasının xəstəliyi ilə bağlı ailənin xərcləri böyükdür, ona görə də ailə Ləmanın xaricdə təhsilinə pul ayıra bilmir.

Ailəsi maddi məsələlərin qarşılanması üçün prezident təqaüdünə də müraciət edib.

Ləman deyir ki, bəzən yorulur, amma musiqini atmağı düşünmür. Böyük musiqiçi olmaq istəyir.

Amma bunun üçün çox zəhmət çəkmək lazım olduğunu deyir:  "ƏLbəttə, hər kəs istəyər ki, piano arxasına keçsin və həmən böyük pianoçu olsun. Amma bu mümkün deyil. Bunun üçün zəhmət çəkmək lazım gəlir".  

bbc.com - Azərbaycan

qadinkimi.com