FEMİNİZM, HÜQUQLARIMIZ
Zorakılığa qarşı qaynar xətt yaradıldı Tarix : 07 Dekabr 2020, 01:53
Azərbaycanda gender əsaslı zorakılıqla bağlı QAYNAR XƏTT fəaliyyətə başlayıb
2020-ci il 1 dekabr tarixindən etibarən Azərbaycanda gender əsaslı zorakılıqla bağlı yeni QAYNAR XƏTT fəaliyyətə başlayıb. 
Gender əsaslı zorakılığa məruz qalmış şəxslər, xüsusilə zorakılıqla üzləşmiş qadın və qızların müraciəti üçün nəzərdə tutulmuş qaynar xəttin nömrəsi 860-dır. 

Bakı ərazisindən birbaşa 860, mobil nömrələrdən və ölkənin regionlarından isə 012 860 yığmaqla qaynar xəttlə əlaqə saxlamaq mümkündür. 
Qaynar xəttə müraciət etmiş şəxslər gender-əsaslı zorakılıq və məişət zorakılığı, eləcə də müvafiq dəstək xidmətləri ilə bağlı məlumatlar ala, zəruri hallarda təmənnasız psixoloji konsultasiya ilə təmin oluna bilərlər. 
 
860 qaynar xətti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və UNFPA (BMT-nin Əhali Fondunun)  birgə əməkdaşlığı ilə yaradılıb.
 
qadinkimi.az