QADIN / KİŞİ
" Özümə məktub" layihəsində İlk məktub Şəfiqə Abiyevadan Tarix : 01 İyul 2020, 13:17

Həyat - sənin dad aldığın qədərdir... Sən özün - öz qayğına qalacaqsan. Anı yaşayacaqsan, buraxacaqsan keçmiş öz ölülərini özü gömsün və gələcəyin qeyri- müəyyən üfüqlərində özünü itirməyəcəksən... Sənin üçün var olan an indiki andır və bu gündür... Özünlə məşğul olmağa icazə ver özünə. Özünə "mənim zamanım yoxdur" deməməyə icazə ver... Hər gün zehnini məşq elətdir, cizgilərinə bax, yaxşını görməyi öyrət özünə. Biz həyatın çaldığı musiqini seçə bilmərik, necə rəqs etməyi isə özümüz seçə bilərik... baxış bucağını dəyişmən xoşbəxt edəcək səni... Heç bir şeyini özəl bir gün üçün saxlama, nəfəs ala bildiyin hər gün özəldir, yubatma, yubanma, saxlama... Həyatın sabahı yoxdur, həyat sonraları heç sevməz. Bütün bunlar son 8 ayda fərqinə vardığım həyat fəlsəfəm...

 

Bir də hamınıza demək istəyirəm ki, İcinizdəki işığı sönməyə qoymayın, nə olur olsun. Parıldayacaq, sizi qaranlıqlardan qoruyacaq ən güclü işıq daxilinizdə olandır. Hər gün ayna önündə özünüzə gülümsəməyi unutmayın, özünüzü hər halınızla sevin.. Sizdəki "Mən"ə qiymət verin.

 

 

P. S. Öncədən kimsə mənə "nə gözəlsən” və ya hansısa bir rəsmimə baxıb "bu rəsimdə necə qəşəng çıxmısan” deyəndə bunu kompliment olaraq qəbul edərdim,iltifat olaraq da gözləriniz gözəldir,qəlbiniz gözəldir deyə gözəl görürsüz kimi reaksiyalar verərdim... Amma indi yox... İndi deyirəm: bəli mən gözələm hər zərrəmə qədər.....Bilin sizdən dəyərli heç bir şey yoxdur!!! Və bir də, insan özündə olmayan heç nəyi başqasına verə bilməz.

 

Özünü sev ki, sevgiyə layiq insanları da sevə biləsən.... 

 


 

 

Şəfiqə Abiyeva

 


Qadinkimi.com