BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
Üzr istədilər... (VİDEO) Tarix : 16 Sentyabr 2022, 13:00
Yazar : Qadinkimi.com

Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından "Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsiylə bağlı açıqlaması sosial şəbəkələrin gündəmini zəbt edib.  

Qadinkimi.com Olay.az-a istinadən bildirir ki, şəhid qardaşının üzr videosu qısa müddətdə yayılıb və ictimaiyyətin narahatlığına səbəb olub. Azərbaycanın tanınmış simaları da status yazaraq Sənan Əhmədova bu addımı atdıranları qınayıb.

Yazıçı Cəlil Cavanşir, müğənni Nura Suri, aktyor Kamran Ağabalayev isə instaqram hesablarından video paylaşaraq yeni axın yaradıblar. Onlar səbəbsiz yerə üzr istədiklərini qeyd edərək bir gün bu cür videolarının yayılacağını bildiriblər. 

Mənbə: olay.az
qadinkimi.com