BURA / ORA
Zelenskiy fontana atıldı - Video Tarix : 16 İyun 2019, 13:56
Yazar : Qadinkimi.com
Mariupola 15 iyun səfəri zamanı Ukrayna prezident Vladimir Zelenskiy yerin üstündə qurulan fontan sahəsinin içindən qaçaraq keçib. Bu haqda Donbas TV-nin səhifəsində video yerləşdirilib.

Videoda görünür ki, Zelenskiy insanların arasından çıxaraq fontana doğru qaçır. Cangüdənləri də onun arxasınca düşürlər. Eyni zamanda uşaqlar da fontana doğru qaçır. 

Bundan öncə ölkə başçısı Teatr meydanında şəhərin hərbi birləşmələrdən azad olunmasının beşinci il dönəmi ilə bağlı çıxış edib.
 



qadinkimi.com