SƏNƏT
Yeşilçamın sevilən aktrisası Ayşən Qruda vəfat etdi Tarix : 23 Yanvar 2019, 18:42
Yazar : Qadinkimi.com
Bu gün 23.01.2019 tarixində Türkiyənin böyük sənətkarı Ayşən Qruda mədəaltı vəzi xərçəngi diaqnozu ilə dünyasını dəyişib. Biz onu sevdiyimiz filmlərdən tanıyırıq. Ayşən xanım illərdi xəstəlikdən əziyyət çəkir. Onun ölümü yalnız Türkiyədə deyil, Azərbaycanda da tamaşaçıları sarsıdıb.
 
Ayşən Qruda 22 avqust 1944-cü ildə İstanbulda dünyaya gəlib. "Pomidor gözəli" ləqəbi ilə tanınıb. Yeşilçamın bir çox komediya filmində Şener Şen, Kemal Sunal, İlyas Salman kimi tanınmış simalarla eyni filmdə rol alıb. Çox sayda film, serial və teatr tamaşasında izləyicilərin qarşısına çıxıb.