YAZI / DÜŞÜNCƏ
Yeganə İsgəndərova: Həll yollarını tapmaq daha konstruktivdi Tarix : 15 Fevral 2021, 09:20

Bizim gözəl kainatda, ehtimal ki, bütün insanların xoş və səmimi olduğu bir dünyası var və burada heç kim özünü başqalarının yerinə qoymaq istəmir, hər kəs doğruluğuna, haqlı olduğuna inanır. Təəssüf ki, dünyamız belə halı ilə öyünə bilməz.

Hər birimiz bu və ya digər şəkildə mənfi emosiyalı vampir adamlarla qarşılaşmaq məcburiyyətində qalırıq. Onlar gərginliklərini, əsəblərini başqalarının üzərindən çıxaran birisi, hüquqlu və hüquqsuz bağlılıq hesab edilən biri səninlə peşəkar nailiyyətlərini ölçən həmkarların, sinir sərhədlərini daima pozan yoldaşların, yaxınların və s. ola bilər. Bu cür insanlarla ünsiyyət onları sakitləşdirmir, əksinə, güc və enerjinizi alır və həyatınızda öz mənasız əksini tapır. Hisslərinizin öhdəsindən gəldiyinizə baxsanız belə insanların təsiri yenə də sizi daxildən aşındırır, hörmətinizi və sağlamlığınızı məhv edir. Yenə ideal bir həyatda bu cür insanları ətrafımızdan kənarlaşdırmaq olardı, amma biz gerçək bir dünyada yaşayırıq və əksər hallarda onlar sevdiklərimiz - doğmalarımız, tələbə ya iş yoldaşlarımız, yaxın - uzaq tanıdıqlarımız və s. olurlar. Onlarla təbii ki, bu və ya digər şəkildə qarşılıqlı münasibət qurmaq lazımdı. Ancaq onlarla ünsiyyətdən tamamilə qurtula bilməməyiniz, özünüzü onlardan qorumağınıza ehtiyac olmadığı anlamına gəlmir. Rəsmi ünsiyyətdən danışmırıqsa, təmasda olmağınız, onları səssiz vəziyyətə gətirməyiniz üçün distansiya yaratmağınız vacibdi, əks halda mənasız və aqressiv təmaslarla gününüzü məhv etmiş, sağlamlığınıza zərər vermiş olursunuz. Dəyişəcəklərini gözləmək lazım deyil. İnsanlar çox nadir hallarda dəyişir və böyük dəyişikliklərin çox ciddi səbəbləri olmalıdır. Ağrılı nöqtələrinizlə yanaşı, onlar çox tez münasibətlərinizin tarazlaşdıracağınızı və sonradan sizi idarə etməyin daha asan olduğunu yaxşı bilirlər. Onlara qarşı mübarizədə qalib gəlməyin bir yolu soyuqqanlılığınızı qoruyub saxlamaqdı.

Belə çətin situasiyalarda sizi provokasiyaya yönəldərək zəiflikliklərinizdən faydalananlara qarşı emosiyalarınızı çilovlaya bilmirsiniz, dialoqda özünüzə nəzarəti itirirsinizsə, döyüşə tələsməyin, dayanın və dərindən nəfəs alın. Söhbətə yalnız özünüzü idarə etməyin, ayıq zehnin və özünüzü qorumağın yenə sizinlə bir olduğunu hiss etdikdə davam edə bilərsiniz, əks halda sadəcə başqasına sizi öz oyununa cəlb etməyə icazə verirsiniz. Daş olun. Bu metod narsisistlər və sizin enerjinizi, vaxtınızı əlinizdən alanlara qarşı işləyir.

Sosial status və ədəb, həmsöhbətini kobud şəkildə kəsməyə imkan vermirsə, sadəcə cansız təbiət obyektinə çevrilin. Göz təmasını davam etdirməyin, həmsöhbətin gözlədiyi yerdə emosional reaksiya verməyin, kənara baxın, əsnəyin. Özünüzün ən darıxdırıcı və maraqsız versiyası olun. Narsistin bir cavaba ehtiyacı var və onu almasa, çox tez həmsöhbətə marağını itirir və yeni qurban axtarır. Söhbəti dəyişin, ona maraqsız olan hər hansı məlumatı olmadığını fərz etdiyiniz filmdən, kitabdan, sevmədiyi heyvandan, öz nailiyyətlərinizdən bəhs edin, bu söhbətlər həmsöhbətinizə darıxdırıcı gələcək, sizə olan nifrətini, məqsədini biruzə verəcək, buna görə də sizi tez buraxacaqdır. Hə, bir də vaxt çərçıvələri qoyun, vaxtınızın olmadığını, sizi gözlədiklərini, özünüzü pis hiss etdiyinizi, tez getməli olduğunuzu söyləyin. Bütün bunlara baxmayaraq münasibətlərinizi poza bilməyəndə, uzun qalmaqaldan məmnun olmadığınızı biruzə verəndə o, sizin üzərinizdə daha artıq üstünlük qazandığını düşünərək hər dəfə necə və nədə uğursuz olduğunuzu ətraflı izah etməyə çalışır, nailiyyətlərinizi kiçildir, əhatənizdə olanlara da təlqin edir. Bir insanın sizə mənfi təsir etdiyini bilirsinizsə, ancaq onunla təmasdan qaça bilməyəcəksinizsə, o zaman açıq bir müddət təyin edin. Belə sizə daha asan olacaq və ədəblilik nümayiş etdirəcəksiniz.

Mübahisə edərkən həmsöhbət səsini qaldıranda, çox vaxt istəməsə də qarşıdakı da özündən asılı olmayaraq səsini yüksəltmiş olur. Əslində, bu zaman manipulyator sizi sadəcə tarazlıqdan çıxarır. Siz cavab olaraq səsinizi qaldırmamağa və mümkün qədər sakit qalmağa çalışın, bu hər hansı bir qəzəbə qarşı ən yaxşı müdafiə hesab olunur. İnsan haqqında məlumatlısansa, bu onu narahat edir. Başqa birisi isə məsləhət istəyir, məsləhət alır, amma səni dinləmir, özü bildiyi kimi qərar verir, uğursuz olur, indi bunun günahı kimdədir?! Səni məlumatın olduğu üçün günahlandırırlar. Bu, dünyadakı ən qədim manipulyasiyadır, buna qapılmayın.

Başqa bir insana qarşı özünüzü günahkar hiss edirsinizsə, vəziyyəti həqiqətən dərk etməklə kimin günahkar olduğunu müəyyənləşdirin, başqasını öz melodramınıza sürükləmək cəhdlərini dayandırın. Nəticəyə baxın, həyat yazmayın. Duyğularınıza nə qədər çox diqqət yetirirsinizsə, vampir adamlar sizi məhv etməkdə bir o qədər qərarlı olur. Narahatlığınıza qarşı vaxt itirməyinizə son qoyun və həll yollarına diqqət yetirin. Deyinmək, nöqsan axtarmaq əvəzinə, münaqişələri minimuma endirmək üçün yaxınlarınızla ünsiyyəti ən asan şəkildə necə təşkil edəcəyinizi anlamağa çalışın.

Həll yollarını tapmaq həmişə narahat olmaqdan daha konstruktivdi, bunu unutmayaq.

 

 

 

 

 

 

Yeganə İskəndərova

 

 

 

qadinkimi.com