YAZI / DÜŞÜNCƏ
Yazıçılar üçün 10 ipucu: Zedi Smit Tarix : 18 Yanvar 2019, 22:48
Yazar : Qadinkimi.com

 

Zadie Smith məşhur ingilis yazıçısıdır. Somerset Maugham mükafatının qalibi (2006), Orange Award (2006) və James Tait Black adlı ədəbi mükafatlar qazanıb. Yazıçılıqla bağlı on məsləhəti var:

 

Yazıçılar üçün 10 ipucu:

 

 

1. Uşaqlığınızı çox kitab oxumaqla keçirin. Hər şeydən çox buna  vaxt sərf edin.

 

2. Yetkin vaxtı öz yazdıqlarınızı oxuyun, bir yad adam, hətta bir düşmən gözü ilə.

 

3. "Missiyanızı" romantizasiya etməyin. Çox sadədi - yaxşı cümlələr yaza və ya yazmaya  bilirsiz. " Yazıçı həyat tərzi" deyə bir şey yoxdur. Önəmli olan səhifəyə tökdüyünüzdü.

 

4. Zəifliklərinizi gizləyin. Ancaq bunu elə edin ki, bacarmadığınız işə mənasızlıq kimi yanaşmanıza çevrilməsin. Özünüz bacarmadığınız şeyi nifrət maskası arxasında gizlətməyin. 

 

5. Yazı ilə redaktə arasında ciddi vaxt fasiləsi saxlayın.

 

6. Klik, dəstə, qruplarlardan uzaq durun.  Bu sizi yaxşı yazıçı edə bilməyəcək.

 

7. İnternetdən çıxın -  kompüterdə işləyən zaman.

 

8. Vaxtınızı və iş mühitinizi hər kəsdən qoruyun. İşləyərkən hər kəsi özünüzdən uzaq tutun, hətta ən əziz adamları belə.

 

9. Mükəmməlliyi uğurla qarışdırmayın.

 

10. Həqiqəti yazın, hətta duvaqla örtməli olsaz belə, yazın. Bir gerçəklə barışın, heç vaxt məmnunluq hissiniz olmayacaq, buna görə də həmişə kədər hiss edəcəksiz.