BURA / ORA
Yazıçı Kamran Nəzirlinin hekayələr kitabı Türkiyədə çap edilib Tarix : 07 Sentyabr 2018, 13:28
Türkiyənin TULPARS YAYINEVİ Azərbaycan yazıçısı Kamran Nəzirlinin Hekayələr kitabını çapdan buraxıb. Ankarada nəşr olunan kitaba müəllifin 20 hekayəsi və 7 miniatürü daxil edilib. Kitab nəfis şəkildə kütləvi tirajla buraxılıb.

Qeyd edək ki, bu, Azərbaycan yazıçısının Türkiyədə nəşr olunan ilk kitabıdır. Nəşriyyatdan bildiriblər ki, bundan əvvəl Azərbaycan yazıçısının müxtəlif hekayələri İstanbulda çıxan ədəbi almanax və jurnallarda dərc olunub. Hekayələri türk dilinə Məhəmməd Riza çevirib. Kitabın tərtibatçısı Biçer Yıldırımdır.

Hekayələr toplusu Türkiyənin İLESAM Başkan Yardımçılığının dəstəyi ilə çap olunub.