YAZI / DÜŞÜNCƏ
Yanmış çörək dilimi - kiçik hekayə Tarix : 25 Dekabr 2019, 22:22
Yazar : Qadinkimi.com

Bir gün qadın ağır iş günündən sonra yemək hazırlamaq üçün mətbəxə keçir. 

Bir müddət sonra həyat yoldaşının önünə bir banka mürəbbə və yanmış çörək dilimi qoyur. Kənardan bunları izləyən uşaq atasının çörək diliminin yanmasına verəcəyi reaksiyanı izləyir. Ancaq atası önünə qoyulanları sakitcə yeyir, sonra xanımından gününün necə keçməsini soruşur. Bu uşağı çox təəccübləndirir. 

Qadın həyat yoldaşından bunun üçün üzr istəyəndə onun cavabı belə olur: "Əzizim, mən yanmış çörək dilimini çox sevirəm”. 

Bu cavab uşağı daha da təəccübləndirir. Yatmağa getmədən əvvəl atasından həqiqətən yanmış çörəyi sevib sevmədiyini soruşur. Atası ona sarılaraq qulağına bunları deyir: "Bu gün anan üçün çox ağır keçib və o, həqiqətən çox yorğundu. Yanmış bir çörək dilimi heç kimi üzə bilməz, amma sözlərimiz üzər...”



qadinkimi.com