BURA / ORA
`İnstagram`ın baş direktoru `trol`larla mübarizə yolunu açıqladı (EKSKLÜZİV+FOTO) Tarix : 19 Noyabr 2019, 16:55
Yazar : Qadinkimi.com
"İnstagram”ın baş direktoru Adam Mosseri HafizTimes.com-un sualını cavablandırıb. O, ilk dəfə olaraq "instagram”da dizayn etdikləri yeni bir funksiyadan söhbət açıb: 

- "İnstagram”da "trol”lara qarşı necə mübarizə aparmaq olar?
 

- Məhdudlaşdırın! Bu yaxınlarda yeni bir funksiyanı işə salmışıq. Bu funksiya sizə icazə verir ki, kiminsə "comment”ni başqaları görmədən öncə təsdiq edə bilərsiniz. Həmçinin də onların sizə göndərdikləri mesajları özləri də bilmədən oxuya bilərsiniz.

Bunu "bullying”in hədəfinə çevrilənlərə kömək etmək üçün dizayn etmişik. Bu funksiya həmçinin "trol”lara qarşı mübarizə üçün də əhəmiyyətlidir.

Qeyd edək ki, Adam Mosseri "instagram”ın baş direktoru, amerikalı sahibkardır. Nyu-Yorkun Çappaqua şəhərində anadan olub, böyüyüb. Medya və informasiya dizaynı sahəsində bilik əldə etmək üçün Nyu-York Universiteti Gallatin İndividuallaşdırılmış Təhsil Məktəbinə daxil olub. 2005-ci ildə informasiya dizaynı ixtisası üzrə məzun olub. Hələ 2003-cü ildə universitetdə təhsil alarkən A. Mosseri, qrafika, sərgi dizaynı ilə bağlı "Blank Mosseri” adlı dizayn konsultasiyalarına başlayıb. Mosseri 2008-ci ildə "Facebook”da dizayneri kimi çalışmağa başlayıb. 2009-cu ildə dizayn üzrə menecer, 2012-ci ildə isə şirkətin mobil tətbiqlərinin dizayn üzrə direktoru olub. 2012-ci ildən 2016-cı ilə qədər Mosseri "Facebook”un "News Feed” bölməsinə rəhbərlik edib. 2016-cı ildən 2018-ci ilin mayına qədər "Facebook”da vitse-prezident vəzifəsində çalışıb. 2018-ci ilin may ayında Mosseri "İnstagram”da vitse-prezident vəzifəsinin icrasına başlayıb.

2018-ci ilin 1 oktyabr tarixində "Facebook” elan edib ki, "İnstagram”ın təsisçiləri Kevin Systrom və Mayk Kriegerin istefa verdikdən sonra Adam Mosseri "İnstagram”ın yeni rəhbəri olacaq. Adam Mosseri həyat yoldaşı Monica Mosseri və iki az yaşlı oğlu ilə birlikdə ilə San-Fransiskoda yaşayır.

Xatırladaq ki, A. Mosseri bir müddət öncə də HafizTimes.com-un sualına cavab göndərib.


Hafiz Əhmədov

 
Mənbə: HafizTimes.com
Qadinkimi.com