BURA / ORA
Xanım Mogerini: "Dünyada növbəti krizisə imkan verilməməlidi" Tarix : 17 İyun 2019, 12:55

Avropa Birliyi Oman körfəzində baş verənlərlə bağlı maksimum təmkinli olmağa çağırır. Bu sözləri Avropa diplomatiyasının rəhbəri Federika Mogerini deyib. 

"Biz maksimal dərəcədə təmkinli olmağa səsləyirik. Mən düşünürəm ki, BMT-nin baş katibinin müdrik qənaəti var ki, dünya növbəti krizisə sadəcə olaraq imkan verməməlidi. Biz əlbəttə, bunu nazirlərlə müzakirə edəcəyik", - bu sözləri xanım Mogerini Lüksenburqda AB-nin xarici əlaqələrlə bağlı danışıqlarından öncə jurnalistlərə deyib.

Qeyd edək ki, bir müddət əvvəl Oman körfəzində Front Altair və Kokuka gəmiləri hücuma məruz qalıb. Yanğın və partlayışdan sonra hər iki ekipaj İrana evakuasiya edilib. Front Altair-də 11 rusiyalı olub. Heç kim xəsarət almayıb. 

ABŞ bu hadisədə İranı günahlandırıb. Amerika hərbçiləri bununla bağlı video yayıb. Videoda onların versiyalarına görə Oman körfəzində hücuma məruz qalan gəmidən İran hərbçiləri partlamayan mina çıxarırlar. Video ağ-qaradı və görüntüləri aydın seçmək çətindi. 

qadinkimi.com