BURA / ORA
Çin işgəncəsində həlak olan uyğur alimi Tarix : 28 Dekabr 2019, 15:45
Yazar : Qadinkimi.com
Çində uyğur türklərinə qarşı işgəncələr davam edir, dünya isə hələ də susur...

Çin rejiminin uyğur türklərinə qarşı vəhşiliyi hələ də davam edir.  "Asiyanın ürəyi" olaraq adlandırılan və bütün dünya türklərinin ata yurdu hesab olunan Şərqi Türküstan xalqı 1949-cu ildən bu günə kimi Çinin əsarəti altında olmazın işgəncələr görür.
 
 

Şərqi Türküstanda Çinin dövlət zülmü sistematik hal alıb. Çox da uzaq olmayan yaxın keçmişə boylanaq. 2018- ci ildə Tibb Universitetinin rektoru Prof. Dr. Halmurat Qafur Urumqi  Çin polisi tərəfindən edilən işgəncə nəticəsində öldürülüb. Dr. Halmurat Qafurun acı xəbərini Avstraliyada yaşayan qohumları keçən il bütün dünyaya elan etdi.
 
 
Şərqi Türküstanın dünya səviyyəli alimi olan Prof. Dr. Halmurat Qafurun aylardır Çin həbsxanalarında saxlanıldıqdan sonra çin polisi tərəfindən gördüyü işgəncə nəticəsində öldüyü açıqlandı.
 
 

Bu hadisə ətrafında müzakirələr bu gün də davam etdirilir. Buna görə Çinə uyğur aktivistlər embarqoların tətbiq olunmasını tələb edirlər. Onlar bildirir ki, Çinin bu addımı dövlət terrorudur və bunun adekvat cavabı BMT-dən, digər beynəlxalq təşkilatlardan və dövlətlərdən olmalıdır.
 

Buna baxmayaraq bu qədim Türk yurdunda olub-bitənlər, nədənsə beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqətlə qarşılanmır, dünya uyğur türklərinə qarşı edilən bu repressiyanın, bu zülmlərin qarşısında susqundur. 


qadinkimi.com