BURA / ORA
Utanmaq əvəzinə boş-boş deyinirsiz - feminist Nisə Hacıyevadan hüquqşünasa sərt sözlər Tarix : 03 Fevral 2019, 12:05
Hüquqşünas Əkrəm Həsənov ABŞ-da prezidentliyə namizəd Kamala Harrisin şəklini paylaşıb, bir qədər söz yığınından sonra da qeyd edib ki, "azad dünyada azad qadının karyerası adətən yataqdan keçir".
İndi həmin azad qadınların prezidentliyə namizəd, prezident, baş nazir, parlament üzvləri və digər vəzifələrdə olduğu ABŞ, Almaniyaya, Xorvatiyaya, Norvecə, Böyük Britaniyaya, Yeni Zellandiyaya, Gürcüstana və s. baxın, sonra da, oturub belə postlar paylaşdığınız Azərbaycana baxın. Həmin o Azərbaycana ki, hər şey illərdir ki, kişilərin əlindədir. 
 
Kamala Harris
 
İndiyə kimi Azərbaycanda nə etmisiz? Boş-boş danışmaqdan başqa nə etmisiz? Nə iqtidarı iqtidardır, nə müxalifəti müxalifət; Bu da hüquqşünası.
Rusların bir sözü var "собака на сене". Lope de Veganın eyni adlı əsərindən sonra bu söz rus dilinə tərcümədə məhz nə özü bacaran, nə da başqasına icazə verən insan üçün işlədilir. Özünüz bir şey bacarmırsız, amma qadınların nəyəsə nail olmasından qorxub belə söhbətlər edərək ürək bulandırırsız.
Bir zamanlar dövləti yoxdan var edən kişilər belə söhbətlər etsəydi, başa düşərdim heç olmasa. Amma onlar əksinə belə ayrı-seçkiliyə qarşı çıxıb, qadınlarla çiyin-çiyinə çalışmaq üçün əllərindən gələni ediblər. Siz isə var olan dövlətin içinə edib, ancaq danışmağı bilirsiz. Verdiyiniz torpaqlardan tutmuş ölkəni sürüklədiyiniz vəziyyətə kimi baxıb utanmaq əvəzinə boş-boş deyinirsiz. Əziz kişilər, gələcək nəsillərə miras qoyduğunuz ölkə göz qabağındadır, çox da "şey etməyin".
Biz sizi tanıyırıq...
 
Nisə Hacıyeva
qadinkimi.com