EV / ÇÖL, UŞAQ / BÖYÜK
Uşaqların gözü ilə otaq dizaynı Tarix : 29 Noyabr 2019, 12:45
Yazar : Qadinkimi.com
Londonda 7 uşaqdan arzuladıqları yataq otağının təsvirini çəkməyi istəyiblər. Sonra da həmin dizaynı gerçəkləşdiriblər...
 
 

Çox maraqlı eksperimentdi deyil mi? 

Böyüklər darıxdırıcıdı. Paltar yumaq, hesablamalar aparmaq, alış-veriş – bunlar bitməyən darıxdırıcı vəzifələrdir. Bu, mənzillərin dizaynına da aiddir. Böyüklər özləri üçün olduqca darıxdırıcı yataq otağı dizaynı seçirlər və bəlkə də gələcəkdə uşaqları bu otaqlarda yatmaq belə istəməyəcək. 

Əksər uşaqlar valideynlərinin onlar üçün dizayn etdikləri yataq otaqlarını həvəssiz qəbul edirlər. Bəs yataq otaqlarını onların özlərindən dizayn etmələri istənilsə, necə olar? Mərkəzi Londonda yerləşən NeoMam adlı yaradıcılıq studiyası dünyanın müxtəlif ölkələrinin uşaqlarından xəyallarındakı yataq otağını bir kağızda təsvir etməyi xahiş edib. Daha sonra isə onların fikirlərini bir dizayn proqramında reallaşdırıblar.

Layihənin məqsədi ev dizaynına uşaq gözü ilə baxaraq yeni ilham mənbəyi tapmaqdır. Böyüklər üçün yataq otağının görünüşü barədə artıq aydın bir təsəvvürümüz var. Amma bu layihə yataq otağı dizaynı üçün bütün qaydalar toplusunu alt-üst edir. İlham mənbəyi isə uşaqların yaradıcılığı və sadəlövhlüyüdür.

1. YUNANISTANDAN 7 YAŞLI ELİAS
 


Bu yaşıl otağın ideyası Eliasa məxsusdur. Onun ideyası qeyri-adidir. Otaq odun, bitki və ağacdan ibarətdi. O, üstündə dələlər yaşayan palıd ağacı, içində balıqlar olan kiçik bir gölməçə təsvir edib. Yarpaq formasında çarpayı, üzərində pələng başı şəklində yastıq və bitkiləri xatırladan çərçivəli pəncərə də çəkib. Otağa müasir  görünüş vermək üçün bir masa, damdan asılmış televizor və kompüter də var.

Ən sevdiyi rəng hansıdır və nə üçün?

Əsasən qırmızı və mavi. Hörümçək adamın paltarının rəngi olduğu və hərəkətlə gücü xatırlatdığı üçün qırmızı, səmanı sevdiyi üçün isə mavi rəngə üstünlük verir. Qəribədir ki, onun meşəli otağında bu rənglərin heç biri yoxdu. Yaşıl da ən sevimli rəngidir. Bu rəng onun üçün dostluğu və rahatlığı ifadə edir.

Böyüyəndə nə etmək istəyir və səbəbi?

İçində canlı dələlər olan bir qoz-fındıq mağazasına sahib olmaq istəyir. Çünki dələləri və qoz-fındığı çox sevir. O, eyni zamanda rəssam da olmaq istəyir. Çünki hər gün rəngləməkdən zövq alır. 

Ən çox sevdiyi oyun və ya fəaliyyət nədir, səbəbi? 

Fərqli dünyalarda fərqli personajlarla oynaya bildiyi üçün kompüter və mobil telefonda oyunlar oynamağı çox sevir.

Ən sevdiyi yemək hansıdı və səbəbi?

Yumurta (içinin sarısına görə), şokolad (çox şirindir) və qoz-fındıq.
 


Eliasın hazır dizayna reaksiyası:

Elias otağın dizaynını görəndə çox həyəcanlanır. Gölməçəni, ağacı və yatağı həqiqətən çox bəyəndiyini və orada yaşamaq istədiyini söyləyir.

2. UKRAYNA VƏTƏNDAŞI 9 YAŞLI VİOLA
 


Ən sevdiyi rəng nədir və səbəbi?

İki rəngi sevir - mavi və bənövşəyi. Səmanı və şəlalələri mavi olduqları üçün çox sevir. Onun fikrincə, bənövşəyi sehrli bir rəngdi, çünki sehrbazlar bənövşəyi olurlar.

Böyüyəndə nə etmək istəyir və səbəbi?

Gələcək işinin oyuncaqlar ilə əlaqəli olmasını istəyir.

Ən sevdiyi oyun və ya fəaliyyət nədir, səbəbi?

Rəsm çəkəndə çox xoşbəxt olur və şahmat oynamağı da sevir.

Ən sevdiyi yemək nədir və səbəbi?

Şokolad və armud, çünki onlar həqiqətən ləzzətlidir.

Otağının necə olmağını istəyir?

Divarın göy qurşağı, günəş və buludlarla bəzədilməsini istəyir. 
 


Violanın otağın hazır dizaynına reaksiyası:


Otağını görən Viola "xoşbəxtlik, parlaq rənglər, isti yay və günəşli əyləncələr" hiss etdiyini söyləyib.

3. PAKİSTANLI 5 YAŞLI İNAYA
 


İnaya təbiəti və təbiətdə dincəlməyi çox sevir, buna görə də çarpayının ətrafında çiçəkləri və otları, yatağın yanında bir yelləncək təsvir edib. Ovalı çox sevdiyi üçün yataqla yastığın oval olmasını istəyir, sadəcə şəkildə onlara yer qalmayıb. Güzgünü də məhz o formada çəkib. Kiçik dizayner yastıqların çarpayının gözləri olduğunu düşünür.

Ən sevdiyi rəng nədir və səbəbi?

Parlaqlığına görə sarı rəng.

Böyüyəndə nə etmək istəyir və səbəbi?

Həkim olmaq istəyir (Çünki anası da həkimdi).

Ən sevdiyi oyun və ya fəaliyyət nədir, səbəbi?

Rəngləri sevdiyi üçün rəsm.

Ən sevdiyi yemək nədir və niyə?

Sarı rəngdə olduğuna görə əriştə və kartof qızartması.
 


İnayanın hazır dizayna reaksiyası:

İnaya dizaynının gerçəkləşdiyini görəndə bunun həqiqi olduğunu düşünüb ora nə zaman gedə biləcəyini soruşur.

4. İSPANİYADAN 6 YAŞLI MARTİN
 


Martin dostlarını da dəvət edə bilmək üçün beşmərtəbəli bir çarpayı istəyir (amma ən yuxarı çarpayı ona aid olmalı və üzərində Martin yazılmalıdı). Çıxıb-düşməyin rahat olması üçün əyləncəli pilləkən də istəyir. Eyni zamanda otaqda geniş bir pəncərə, masa, nəhəng kinoteatr, vanna otağına giriş qapısı, konfet maşını və stul da olmalıdır. Masada balıq və bitki yaşayır.

Ən sevdiyi rəng nədir və səbəbi?

Yanğınsöndürənlərin rəngi olduğu üçün qırmızı.

Böyüyəndə nə ilə məşğul olmaq istəyir və səbəbi?

Arxeoloq, paleontoloq. Mən dinozavrları sevirəm və onları axtarmaq üçün kəndə gedəcəm.

Ən çox sevdiyi oyun və ya fəaliyyət nədir, səbəbi?

Lego oyuncaqları ilə oynamağı, eyni zamanda yolda oyuncaq maşınını sürməyi də çox sevir.

Ən sevdiyi yemək nədir və səbəbi?

Makaron.
 


Martinin hazır dizayna reaksiyası:

Əvvəlcə Martin bunun onun otağı olduğuna inana bilməyib. Adının üst çarpayıda olduğuna görə də xüsusi qürur duyub.

5. ARGENTİNADAN 6 YAŞLI QALA
 


Qala otağının füsunkar olacağını deyir. Çünki şahzadə üçün uyğun bir yataq otağı olmalıdır. Qapını açanda bir ağac görünür. Bu ağacda bir tutuquşu yaşayır. Tutuquşu pəncərədən çıxa və sonra yenidən otağa qayıda bilər. Ağacın budağından iki yelləncək asılır, biri Qala, digəri kiçik qardaşı İsidro üçün. Bundan əlavə, onun otağında işıqları və çoxlu bəzəyi olan böyük bir güzgü, kitablar, təzə çiçəklərlə dolu bir kitab şkafı və sevimli pinqvin kuklasının oturduğu mərcan çəhrayı yataq olmalıdı.

Ən sevdiyi rəng hansıdır və səbəbi?

Çəhrayı, çünki bu, məni sevindirir.

Böyüyəndə nə etmək istəyir və səbəbi?

Saç ustası, insanlar gözəl görünəndə xoşuma gəlir.

Ən sevdiyi oyun və ya fəaliyyət nədir, səbəbi? 

Anamla oynamağı sevirəm. Çünki səyahət oyunu oynayırıq. 

Ən sevdiyi yemək nədir və səbəbi?

Qırmızı souslu spagetti, çox dadlıdır.
 


Hazır dizayna Qalanın reaksiyası:

"OOOO!! Bu necə də gözəldir? Mən bunu çox sevdim! Qala gələcəkdə kifayət qədər pul qazanıb otağını bu cür elətdirəcəyinə ümid edir. 
 

6. İNGİLTƏRƏDƏN 10 YAŞLI HARRİ
 


Otağı avanqard dizaynda və döşəməsi süni xəzli olmalıdı. Otağın ətrafında təkərli yollar var. Rahatlıq üçün nəzərdə tutulan qatlanan bənövşəyi və yaşıl divan da var. Yataq taxta körpü vasitəsilə başqa bir platformaya bağlanır. Yatağın platformasına pilləkənlərlə çıxmaq və təpədən enmək olar. Yatağın altında bir oyun yeri var. 

Ən sevdiyi rəng nədir və səbəbi?

Narıncı, çünki parlaqdır.

Böyüyəndə nə etmək istəyir və səbəbi?

Xüsusi təyinatlı qüvvələr zabiti.

Ən sevdiyi yemək nədir və səbəbi?

Şokolad ağzında əridiyi üçün ən çox bəyəndiyi qidadır.
 


Harrinin hazır dizayna reaksiyası:

Harri otağını gördüyü zaman bunun tamamilə xəyalındakı otaq olduğunu deyir. 


7. FİLİPPİNLİ 10 YAŞLI BRİANA
 


Briananın otağı zərif aksesuarlar və müasir mebellərlə bəzənib. Divarlar bənövşəyi rəngə boyanıb, çünki onun ən sevimli rəngidir.

Ən sevdiyi rəng nədir və səbəbi?

Bənövşəyi - şirin göründüyü üçün.

Böyüyəndə nə etmək istəyir və səbəbi?

Otaqları dizayn etmək və bəzəmək istədiyi üçün interyer dizayner olmaq istəyir. Bacısının yataq otağını təmizləməsinə kömək etməyi çox sevir, çünki əşyaların harda yerləşdiriləcəyinə o qərar verir.

Ən sevdiyi oyun və ya fəaliyyət nədir və səbəbi?

Roblox oynamağı sevir. Vaxt məhdudiyyəti olan oyunlara üstünlük verir.

Ən sevdiyi yemək nədir və səbəbi?

Ən sevdiyi yemək meyvə və tərəvəzdir. Həm şirin, həm də turş dadı olan çiyələk və üzüm kimi meyvələri sevir. Ən çox sevdiyi tərəvəz acı balqabaqdır. 
 


Briananın hazır dizayna verdiyi reaksiya:

Briana otağın gözəl göründüyünü, xüsusilə çarpayı və divan ideyasını çox bəyəndiyini deyir.

Uşaqların fikirlərini bəyəndinizmi? Siz onların öz otaqlarının dizaynı ilə bağlı fikirlərini soruşmusuzmu?
 
 

qadinkimi.com