UŞAQ / BÖYÜK
Uşaqlar bizi qorxularımızdan xilas edir Tarix : 19 İyun 2019, 22:32
Yazar : Qadinkimi.com
Bura bizim evimizdir. Təzə köçəndə, qucağımda qızımla üst mərtəbədən aşağı mərtəbəyə enmək üçün pilləkənin başına gəldim və inanılmaz dərəcədə ürəyim sıxıldı. Hamı körpəylə yıxılmaqdan qorxduğumu düşünə bilər. Lakin bu adi qorxma, sıxılma  deyildi, ayrı bir şey idi. Sanki infarkt keçirirdim.
Aşağı endim, qızım Məvanı yerə qoydum, əlimi ürəyimə tutub dedim: "Nə oldu sənə? Bəlli ki, bir şey olub. Mən xatırlamıram bəlkə, amma sən xatırlayarsan”. 
Bir xeyli danışdım ürəyimlə...
Sonra anama zəng vurdum. "Ana, mən körpə vaxtı heç pilləkəndən-filan yıxılmışam?”,- soruşdum. Bir az düşündü, sonra "hə, bir dəfə yıxılmışdıq, amma sən xatırlamazsan” dedi. "7-8 aylıq idin, qucağımdaydın, pilləkəndən düşəndə ayağım ilişdi və sənlə birlikdə yıxıldıq. Çox balacaydın, xatırlamazsan”.
Amma ürəyim xatırladı...
Mexanizmi görürsünüzmü; Anamın qucağında pilləkəndən yıxılan körpə Xədicənin qorxusu, anasının qucağında körpə Məva varkən ürək ağrısıyla üzə çıxır. Niyə oğlumun deyil, qızımın? Çünki mən də bir qız uşağı idim...
Bu hadisəni şüuraltımdan şüuruma çıxartdım, içimdəki o qorxmuş körpəyə "keçdi getdi” dedim dəfələrlə. Şükür ki keçdi pilləkən qorxum...
Həmişə deyirəm: Uşaqlar analarına öz uşaqlıqlığını hiss etdirir, yaralarının yerini göstərir. Qarşılıqsız sevgi ilə köhnə yaralarına məlhəm sürtərlər.
İndi də qızıma deyirəm: ⁃ Ah Məva, ah gözəl qızım, ah həyat işığım. Daha hansı yaralarına məlhəm olacaqsan sən bu ananın?”
 


 
Hatice Kübra Tongar

qadinkimi.com