SƏNƏT
Türk şairinin kitabı Azərbaycan yazıçısının tərcüməsində Tarix : 18 İyun 2021, 21:08


Ankarada "Türkiyə Elm və Ədəbiyyat Əsəri Şairlərinin Məslək Birliyi”nin (İLESAM) sədri, şair, filosof, ictimai xadim Mehmet Nuri Parmaksızın ingilis və türk dillərində "Qaranlıqda bir işıq” adlanan (A Light in the Darkness) şeirlər toplusu çapdan çıxıb. Kitab 104 səhifədən ibarətdir və artıq online satışda var.

 

Kitabda toplanan şeir mətnlərini ingiliscəyə Azərbaycan yazıçısı Kamran Nəzirli çevirib. Kitab 1000 nüsxəylə "Efsun Yayınları” Nəşriyyat evində işıq üzü görüb. Kitaba türk şairi və filosofu Mehmet Nuri Parmaksızın son illərdə yazdığı şeirlər daxil edilib.



 

Qeyd edək ki, Mehmet Nuri Parmaksız həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və onun dəstəyi ilə Azərbaycan şair və yazıçılarının əsərləri Türkiyədə vaxtaşırı yayımlanır.

 

Mehmet Nuri Parmaksız Türkiyənin Qazi Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsini bitirib, şeir və esseləri qardaş ölkənin müxtəlif ədəbi jurnallarında çap olunub. Türk ədəbiyyatı və şeirinə xidmətlərə görə "Türk Şiirine ve Kültürüne Hizmet Ödülü”nə layıq görülüb. "Mektuplarıyla Cahit Sıtkı”, "Mogan Şiir Akşamları”, "Mogan Şiir Akşamları”, "Anne Konulu Şiirlerden Seçmeler” kitablarının müəllifidir.

 

 

 

 
 
 
 
qadinkimi.com