SƏNƏT
Turan Cavidin kitabı Tarix : 15 Sentyabr 2021, 00:20

Hüseyn Cavidin qızı Turan Cavidin 1950-ci ildə qələmə aldığı "Mərziyə Davudova" monoqrafiyası 71 ildən sonra ilk dəfə "Ədəbiyyat qəzeti" yayınları" seriyasından nəşr olunmuşdur.

"Elm və təhsil" nəşriyyatında işıq üzü görən kitabı filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan nəşrə hazırlayıb, kitaba "Mərziyə Davudova" - Turan Cavidin əsəri" adlı Ön söz yazmışdır.  

Kitabın elmi redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, rəyçiləri sənətşunaslıq doktoru, professor Məryəm Əlizadə, professor Aydın Talıbzadə, AMEA-nın İncəsənət və Memarlıq İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.

 

Ön sözün müəllifi Azər Turandır.