BURA / ORA
Uçaqda maraqlı hadisə Tarix : 16 İyun 2019, 18:10
Yazar : Qadinkimi.com
Sərnişin təyyarəsində maraqlı hadisə baş verib.

Mançester şəhərindən İslamabada uçan təyyarədəki sərnişinlərdən birinin səhvinə görə uçuş 8 saat təxirə salınıb.

"Pakistan International Airlines"a aid 702 nömrəli təyyarədəki qadın sərnişinlərdən biri təhlükəsizlik kəməri siqnalına əhəmiyyət vermədən yerindən qalxaraq tualetə doğru qaçıb.

Təyyarənin arxa tərəfindəki tualet qapısının bağlı olduğunu görən qadın səhvən onun yanındakı təhlükəsizlik çıxışı qapısını açıb.

Nəticədə sərnişinlərin təyyarədən sürüşərək düşməsi üçün nəzərdə tutulan hava ilə doldurulmuş sürüşkən açılıb.

Panikaya düşən digər sərnişinlər həmin sürüşkən vasitəsi ilə təyyarəni tərk ediblər.

Xoşbəxtlikdən hadisə hələ təyyarə havalanmamış baş verib.

Havayolu şirkətindən verilən açıqlamaya görə, 38 sərnişin növbəti təyyarə ilə İslamabada göndərilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
 

 
qadinkimi.com