UŞAQ / BÖYÜK
Tərbiyənin 3 növü Tarix : 08 İyul 2018, 16:09
Yazar : Qadinkimi.com

Bestsellerlər müəllifi, yahudi ravvin Aşer Kuşnir  uşaqlarla bağlı yazır:  Bir neçə tərbiyə üsulu var. Birinci - klassik üsuldu: Valideyn qərar verir, olmazlarla böyüdür. İkinci – modern üsuldu : Uşağa seçim verilir. Üçüncü  tərbiyə üsulu - tərbiyə etməməkdi.  Uşaq öz-özünə, təbii halında böyüyür. İndi dünyanın uşaq psixoanalitikləri belə qənaətə gəliblər ki, uşaq hüquqlarında aşırılıq var. Azadlıq verdikcə onlar kiçik tiranlara  çevrilirlər.  Valideynlərinin həyatını cəhənnəmə döndərirlər. Klassik üsula da keçmək yanlış sayılır. Çünki bu halda da valideyn tirana çevrilir. Ortaq bir variant tapmaq gərəkdi. Standart düşüncə sahibi bunu oxuyub belə qənaətə gələcək: Görürsüz, demokratiyanın sonu nəyə gətirib çıxarır? Avropada uşaqlar özbaşınadı və orda artıq bundan narahatdılar.

Zəki adam isə həqiqəti görəcək. Avropa daim insan üzərində düşünür. Ən yaxşısını tapmağa çalışır.

Variantlar işləyir. Uşaq tərbiyəsi ilə bağlı bu qədər ciddi analizlər aparırlar.  Çünki cəmiyyətlərinə ciddi yanaşırlar.  Çünki uşaqlar böyüyüb cəmiyyətə çevrilir.    

Hələlik, əlbəttə, dünya mütəxəssisləri ikinci üsulun üzərində dayanıb. Yeni tərbiyə üsulları araşdırılır.