BURA / ORA
Şotlandiyadan bir ilk: Qadınlar üçün gigiyenik bez və tamponlar pulsuz Tarix : 12 Mart 2020, 15:45
Yazar : Qadinkimi.com

Şotlandiya dünyada bir ilkə imza atdı


Qadinkimi.com xəbər verir ki, Şotlandiya Muxtar Parlamenti çərşənbə axşamı keçirilən səsvermədə qadınlar üçün tampon, gigiyenik bez və s. kimi məhsulların pulsuz verilməsi ilə bağlı qərarı təsdiqləyib. Keçirilən səsvermədə 112 millət vəkili "bəli” deyib, yalnız bir vəkil bitərəf qalıb. 


Qanuna əsasən, dünyada ilk dəfə bir ölkədə qadınlar menstruasiya dövründə ehtiyac duyduğu tampon və gigiyenik bezləri pulsuz olaraq əldə edə biləcək. Bu cür məhsullar apteklərdən, gənclik mərkəzlərindən və ya sosial obyektlərdən pulsuz olaraq əldə ediləcəkdir.


Qanun haqqında danışan qadın millət vəkili Monica Lennon, hazırladığı mətnin məqsədinin "menstruasiya dövründə heç bir qadını müdafiəsiz buraxmamaq" olduğunu vurğulayıb. 


İllik dəyəri 24 milyon funt sterlinq olaraq hesablanan qanunun qüvvəyə minməsi üçün millət vəkillərinin ikinci düzəliş təklifini təqdim etdikdən sonra yenidən səsvermə ediləcəkdir.


Tətbiqin hər il orta hesabla 31,2 milyon dollar olacağı təxmin edilsə də, Şotlandiya bu addımı atan  ilk ölkə olacaq.


Qeyd edək ki, Şotlandiya 2018-ci ildə məktəblərdə və universitetlərdə istifadə olunan vəsaitlərin pulsuz paylanması üçün oxşar qanun təqdim edən ilk ölkə idi.

 


qadinkimi.com