BURA / ORA
Son 9 ildə Nobel alan qadınlar Tarix : 08 Yanvar 2020, 11:35
Yazar : Qadinkimi.com
Son illər Nobel mükafatının paylanmasında komitənin ədalətli olub olmaması istiqamətində ciddi müzakirələr gedir. Bir qrup şəxs mükafatın verilməsində uğurun əsas meyar kimi götürüldüyünü düşünür, digərləri isə cinsiyyət ayrı-seçkiliyi edilərək kişilərə üstünlük verildiyi fikrini müdafiə edir. 

Ümumiyyətlə, 2019-cu ilə qədər Nobel mükafatı 866 kişiyə, 53 qadına verilib. 5 qadının mükafat alması ilə 2009-cu il hələ ki liderdir. 

Dünya üzrə Nobel mükafatına layiq görülən ilk qadın Mariya Küri (Mary Curie) olub. O, 1903-cü ildə fizika üzrə, 1911-ci ildə isə kimya üzrə Nobel mükafatını alaraq, bu mükafatı iki fərqli sahədə ala bilən ilk alimdir.

1. Elen Conson Sirlif (Ellen Johnson Sirleaf)

2005-ci ildə prezidentlik seçkilərini qazanaraq Afrikada xalq səsverməsi ilə seçilmiş ilk qadın prezidentdir. O, 2011-ci ildə Nobel Sülh mükafatına layiq görülüb. 

2. Leyma Qbovi (Leymah Gbowee)

14 il davam edən Liberiya vətəndaş müharibəsində şiddətdən uzaq, sülhsevər addımlarla diqqət mərkəzində olub. Onun səyi nəticəsində 2003-cü ildə Liberiya vətəndaş müharibəsi sona çatıb. O, 2011-ci ildə Nobel Sülh mükafatını alıb. 

3. Tavakkul Karman (Tawakkul Karman)

Yəmənli qadın hüquqları müdafiəçisi və demokratiya aktivisti Tavakkul Karman 2011-ci ildə Nobel Sülh mükafatına layiq görülən qadınlardan biridir. 

4. Alis Manro (Alice Manro)

Kanadalı ədəbiyyatçı Alis Manro qısa hekayə sahəsində "inqilabçı” hesab edilir. 2013-cü il Ədəbiyyat üzrə Nobel mükafatının sahibidir.  

5. Mey-Brit Mouzer (May-Britt Moser)

Norveçli psixoloq və nevroloq Mey-Brit Mouzer beyindəki bir çox prosesləri müəyyən edən hüceyrələri kəşf etdiyinə görə 2014-cü ildə Tibb və Fiziologiya üzrə Nobel mükafatını qazanıb. 

6. Malala Yusafzay (Malala Yousafzai)

Təhsil və qadın haqları kimi mövzularda aktivliyi ilə tanınan Malala Yusafzay qızların oxuması üçün başlatdığı kampaniyalara görə 2014-cü ildə 17 yaşında Nobel Sülh mükafatına layiq görülüb. 

7. Tu Youyou 

Çinli elm adamı Youyou Tu malyariya xəstəliyi ilə mübarizədə kəşf etdiyi dərmana görə 2015-ci ildə Tibb üzə Nobel mükafatının sahibi olub.

8. Svetlana Aleksieviç (Svetlana Alexievich)

SSRİ dövründən bəhs edən uğurlu əsərlərinə görə 2015-ci il Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. 

9. Donna Striklend (Donna Strickland)

2018-ci ildə fizika sahəsi üzrə Nobel mükafatının qalibidir. 

10. Frensis Arnold (Francis Arnold)

Amerikalı Frensis Arnold 2018-ci ildə kimya sahəsi üzrə adları açıqlanan 3 mükafatçıdan biri olub. 

11. Olqa Tokarçuk

2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı İsveç Akademiyasında cinsi təcavüz qalmaqalı baş verdiyinə görə təxirə salınmışdı. Polşalı Olqa Tokarçuk həm 2018, həm də 2019-cu illərin ədəbiyyat üzrə Nobel mükafatının qalibi olub. 

12. Nadya Murad 

İraqlı hüquq müdafiəçisi Nadya Murad 2018-ci il sülh üzrə Nobel mükafatının sahibidir.

13. Ester Düflo

2019-cu ildə ən son Nobel mükafatı alan qadın fransız əsilli amerikalı Ester Düflo olub. O, iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.  
Mükafatı ilə bağlı bu fikirləri səsləndirib: "Bir qadının uğurlu ola biləcəyi və uğurunun təqdir edilə biləcəyini göstərməyim ümid edirəm ki, bir çox çalışan qadını cəhdlərini davam etdirməyə təşvik edər və kişilərin onlara layiq olduqları hörməti göstərmələrini təmin edər”. 
 

 
qadinkimi.com