YAZI / DÜŞÜNCƏ, SEVGİ
Sizə də elə gəlir ki... Tarix : 17 Dekabr 2020, 01:44
Sizə də elə gəlir ki, igidlərimizin qanı, canı bahasına alınan torpaqlar Azərbaycan insanını paklaşdıracaq? Aydan arı, sudan duru edəcək? Daha bu məmləkətdə heç kim bir-birini incitməyəcək, günah etməyəcək, rüşvət almayacaq? Heç kim başqasının haqqını tapdamayacaq?
Sizə də elə gəlir ki, bundan sonra hamımız daha ədalətli, dava vicdanlı, mərhəmətli, xeyirxah, mehriban olacağıq? Buna inanıram, inanmaq istəyirəm. Axı indi tam oluruq, bütöv oluruq, komplekslərimizdən qurtuluruq... Axı qəhrəman oğullarımız açıq səma altında, sülh şəraitində, xoşbəxt, firəvan yaşayaq deyə gözünü qırpmadan düşmənin üstünə getdi. Yaralarımızı sağaltdı.
 
 

Şəhidlərimizin anısına, Əsgərlərimizə dəstək olmaq üçün - Whatsapp statusda paylaşmaq üçün şəkillər » ilk.az
 
Rahat olmağın, xoşbəxt olmağın, xoşbəxt etməyin vaxtıdı.
Bunun üçün yaşamalıyıq.
Mənə elə gəlir, artıq heç bir Azərbaycan kişisi öz təsdiqini qadınını alçaltmaqda tapmayacaq, qadınlarımız daha gözəl ana olacaq, balalarımız hər baxımdan daha sağlam böyüyəcək.

Bu torpaqlarda insan olaraq aliliyimizi qoruyaraq yaşamaq mənəvi borc oldu artıq. Nəbilim, məncə, onda daha rahat uyuyacaq şəhidlərimiz. Bizim artıq bu ölkədə qardaş qanı, arvad, bacı qanı axıtmağa heç haqqımız yoxdur. Heç!
İndi daha inamlı, ümidli, daha da sevgi doluyam.
Hamıya ümid, inam, sevgi dolu azad olmuş torpaqlarda günəşli günlər diləyi ilə
 
 

Sevinc Fədai
 
 

 
qadinkimi.com