BURA / ORA
Şirkət işçiləri dilə gəldi: Çağrı mərkəzləri kölə bazarıdı Tarix : 06 Noyabr 2019, 11:33

"Çağrı” işçiləri: "Rəhbərlik üçün qulaqcıqdan başqa bir şey deyilik” 

 

"Heç kim burda çalışan insanların problemləri ilə maraqlanmır. Artıq hər kəsin bilməli olduğu həqiqət var: Bu ölkədə çağrı mərkəzləri müasir kölə bazarına çevrilmiş vəziyyətdədir. Bizim haqlarımızı qoruyan heç bir qanun maddəsi yoxdur”. 


Türkiyədə çağrı mərkəzlərinin birində işləyən qadın 11 saat çalışdığını, saatda yalnız 7,5 dəqiqə istirahət etdiyini və mobbinqə məruz qaldığını söyləyir.

Böyük firmaların satışını artırmaq üçün bütün günü telefonla danışan çağrı işçiləri "menecerlər üçün sadəcə bir qulaqcığıq” deyirlər. Gündə 11 saat çalışan, 170 telefon danışığı aparan, iki danışıq arasında ən çox 20 saniyə gözləyən işçilər "ketçupdan da zəng gözləyəcək hala gəldik” deyirlər. 


Yuxarıda deyilənləri şəxsən yaşayan Batmanda ilə müsahibəni təqdim edirik:

 

Çağrı mərkəzində çalışmağı niyə seçdiniz?

2016-cı ildə universitet məzunu oldum. İşsizlik və iqtisadi çətinlik səbəbilə Tempo çağrı mərkəzinə iş üçün müraciət etdim. Çox qısa bir müddət sonra müsahibəyə çağırıldım. Bir saatdan çox davam edən müsahibədən sonra işə qəbul edildim və bitməyən kabus başlandı.

 

Çağrı mərkəzində çalışmağın çətinlikləri nələrdir?

Əksər vaxtı 9 saatlıq iş 11 saata qədər uzana bilər. Həftədə sadəcə bir gün istirahət verilir... İnsan olduğumuzu unuduruq. Şirkət bir saatda 7,5 dəqiqə fasilə haqqı tanıyır. 9 saat çalışdığımızda 67,5 dəqiqə, 11 saat ərzində isə 82,5 dəqiqə fasilədən yararlana bilərik. Yemək, tualet və digər ehtiyaclar da bu zamana daxildir. Susmağı öyrənirik. Əks halda təhdid mesajları, sözlü təhdidlər eşitməli oluruq.

 

Çağrı mərkəzində iş rejimi necədir?

Dəyişgəndir. Bir gün saat 8:00-də, digər gün 11:00, başqa bir gün isə axşam 18:00 ola bilər. Bu rejimsizlik bizi alt-üst edir. Robota dönürük. Yemək fasiləsi 30 dəqiqədir. Telefon xətləri çox məşğul olduğu üçün tualet tələbinin rədd edilməsi ehtimalı böyükdür. Qapıda menecerlər çıxmağa icazə verməyə və yüzlərlə insanın içində "5 dəqiqə də dözə bilmirdin, 35 yaşında insansan” deyə bilər.

 

Müştərilərlə telefon danışıqları zamanı nələrə diqqət edirsiniz? Təhqirə, sözlü şiddətə, ya da sözlü zorakılığa məruz qalırsınızmı?

Gün ərzində təxminən 170 müraciət alırıq. Bunların 140 təhqir və söyüş dolu olur. Bundan sonra növbəyə gülərüzlə davam etməli oluruq. Bundan əlavə, şirkətin səhvlərinə görə bizə neqativ anketlər göndərilir. Bunun nəticəsində işdən qovulma ehtimalı da böyükdür və hər hansı haqq tələb etmək hüququmuz yoxdur. Çünki çağrı mərkəzlərində müştəri məmnuniyyəti ən yüksək səviyyədə olmalıdır. Məsələn, müştərinin işıq pulu borcu hansısa səbəbdən çox gəlibsə, o, bunun günahını bizdə görür. Buna görə də anket nəticəmizə sıfır yazılır. Çünki problemi həll edə bilmirik. İşin qəribə tərəfi bundadır ki, bütün bu telefon danışıqları menecerlər tərəfindən dinlənilir, günahın işçidə olmadığı bilinir. Amma işçini bir daha istismar etmək üçün buna görə ay sonunda maaş kəsilir.

 

Son olaraq nə demək istəyirsiniz?

Heç kim burda çalışan insanların problemləri ilə maraqlanmır. Artıq hər kəsin bilməli olduğu həqiqət var: Bu ölkədə çağrı mərkəzləri müasir kölə bazarına çevrilmiş vəziyyətdədir. Bizim haqlarımızı qoruyan heç bir qanun maddəsi yoxdur.

 

Hansı sağlamlıq problemləri ilə qarşılaşırsınız?

Eyni vəziyyətdə oturmaqdan onurğa xəstəlikləri, 11 saat qulaqcıqda qaldığımz üçün qulaq, saatlarla heç susmadan danışdığımız üçün çənə, davamlı monitora baxdığımız üçün göz problemlərinin olması çağrı mərkəzində qaçınılmazdır. Bütün bədənimizdə inanılmaz ağrılar olur. Ruhi yorğunluğumuza fiziki yorğunluq da əlavə edilir.

 

Bütün gün telefonlara cavab verməkdən, davamlı danışmaqdan elə hiss edirəm ki, bu, heç bitməyəcək” deyir. "Bəzən çəngəli makarona batıranda niyə səs çıxmadığına, ketçupun niyə bağıraraq tökülmədiyinə də təəccüblənirəm”.

ox təhlükəli" idi, "az təhlükəli" oldu!

 

Türkiyədə 2013-cü ildə xronki xəstəliklərə səbəb olduğuna görə çağrı mərkəzləri "çox təhlükəli işlər” siyahısına salınmışdı. 2017-ci ildə isə "az təhlükəli " işlərə aid edilən çağrı mərkəzləri göründüyü kimi insan sağlamlığı üçün heç də az təhlükəli deyil. Dünyada da artıq çağrı mərkəzləri təhlükəli işlər kateqoriyasına daxil edilib. 


 

Mənbə: Ekmekvegul.net

Qadinkimi.com