BURA / ORA
Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək Tarix : 11 Dekabr 2019, 00:55
Yazar : Qadinkimi.com
Bundan sonra Səudiyyə Ərəbistanında restoranlardan qadınlar və kişilər üçün ayrı-ayrı giriş qapılarının olması tələb edilməyəcək. Çünki Səudiyyə Ərəbistanı hökumətinin verdiyi son qərara görə, qadınlar kişilərlə birlikdə eyni qapıdan restorana girə biləcək. 
 

 

Bazar günü Səudiyyə Ərəbistanı Bələdiyyələr Nazirliyindən verilən açıqlamada artıq bu məsələ ilə bağlı qərarın məkan sahiblərinə həvalə ediləcəyi bildirilib. Ölkədə bu günə qədər restoranlarda iki fərqli giriş qapısı olması məcburi idi. Bu giriş qapılarından biri ailələr və qadınlar, digəri isə kişilər üçün nəzərdə tutulurdu. Səudiyyə Ərəbistanında bir müddətdir ki, bir çox restoranda və kafedə bu qərarməhəl qoyulmadığı müşahidə edilirdi

BBC Türkcənin verdiyi xəbərə görə, son dövrdə ölkədə bir tərəfdən müxaliflərə qarşı təzyiqin artdığı, bir tərəfdən də bir neçə sosial islahatın həyata keçirildiyi görünür. Səudiyyə Ərəbistanında bu il qadınlara yanlarında kişi olmadan maşın sürmə və pasport ala bilmə icazəsi verilib

Ötən ilə qədər Səudiyyədə qadınlara maşın sürmək qadağan idi. Səudiyyə Ərəbistanında fəallar qadınlara qarşı ayrı-seçkilik qaydalarının hələ də çox olduğunu və bəzi qadın hüquqları müdafiəçilərinin də həbs edildiyini bildirir.

 


qadinkimi.com