BURA / ORA
“Selfi” rəsmi olaraq psixi pozuqluq hesab edilib Tarix : 11 Dekabr 2019, 17:40
Yazar : Qadinkimi.com

Amerika Psixiatrik Assosiasiyası telefonda daima özünün şəklini çəkməyin ("selfi”) psixi pozuqluq olduğunu rəsmi olaraq təsdiq edib. Xəstəliyə "selfitis" deyilir. Özünə inamsızlıqdan qurtulmaq və boşluq hissini doldurmaq üçün daima şəklini çəkib sosial şəbəkələrdə paylaşmaq kompulsiv aludəçilik pozuqluğu olaraq müəyyənləşib.

 



Amerika Psixiatrik Assosiasiyasının qərarına əsasən pozuqluğun üç səviyyəsi var:


1. Sərhədli selfitist: gündə ən azı üç dəfə özünün şəkillərini çəkir, ancaq hamısını sosial şəbəkələrə göndərmir;


2. Kəskin selfitist: gündə ən azı üç dəfə özünün şəkillərini çəkir və hər birini sosial şəbəkələrdə paylaşır;


3. Xroniki selfitist: Şəkil çəkmək istəyinə nəzarət edə bilməmək və aludəçilikdir. Gün ərzində altı dəfədən çox şəkil çəkir və hər birini sosial şəbəkələrdə paylaşır.  

 



Bundan əlavə, bu yaxınlarda elm adamları tərəfindən aparılan bir araşdırmanın nəticəsində məlum olub ki, idman salonundan və ya səhər yürüşlərindən fotoşəkillərin sosial şəbəkələrdə paylaşılması ciddi ruhi xəstəliyin – narkisistik tipli şəxsiyyət pozuqluğunun əlaməti ola bilər.

 

 
Qadinkimi.com