SEKS
Seks haqqında 7 elmi fakt Tarix : 21 Noyabr 2019, 21:25

1. Prinston Elmi Mərkəzinin təxminən 40 min cütlük arasında apardığı araşdırmasına görə, uzun müddət birlikdə olan cütlüklər üçün həftədə bir dəfə sekslə məşğul olmaq kifayətdi. Tədqiqatın nəticələrini təhlil etdikdən sonra alimlər həftədə bir dəfədən çox seksin münasibətin güclənməsinə səbəb olmadığını, əks təsir göstərdiyini vurğulayıb. Onların fikrincə, kəmiyyət keyfiyyəti yaxşılaşdırmır, hətta durğunlaşdırır. Çox tez-tez sekslə məşğul olan zaman bu proses cütlüklər üçün adiləşir və onlar lazımi emosional yaxınlığı əldə edə bilmir. Beləliklə, "zaman keçdikcə ehtiras da soyuyur" kimi qorxular tamamilə əsassızdır. Sadəcə, adiləşdirməyin. 

2. Pensilvaniya Universitetinin alimləri araşdırma həyata keçirib. Müəyyən olunub ki, həftədə ən azı bir və ya iki dəfə sekslə məşğul olanlar olmayanlara nisbətən iki dəfə az xəstələnir. Bu da məlum olub ki, tez-tez sevişmək orqanizmin xəstəliklərə qarşı müdafiəsini artıran antitellərin inkişafına kömək edir.

3. Çikaqo Tibb Universitetinin alimləri müəyyən edib ki, seks "jim" hərəkətinə bənzəyir. Nə qədər çox edilsə, nəticə daha yaxşı olur və fiziki göstəricilər də yaxşılaşır. Bu, əsasən ehtirasın yüksəlməsində özünü göstərir. Bu universitetin həkimləri seksi həftədə ən az 3 dəfə məsləhət görüb.  

4. Cinsi əlaqənin qan təzyiqini aşağı saldığını dəfələrlə eşitmisiniz. Jozef Pinzon (Joseph J. Pinzone) adlı alim nəinki seksin, hətta onun haqqında düşüncələrin belə qan təzyiqini aşağı saldığını araşdırmalarında sübut edib. Doktor Pinzon hər gün sekslə məşğul olmağı, ya da ən azından onun haqqında düşünməyi məsləhət görür.

5. Yenə də Pinzon qarşımızdadı. O, bu dəfə seskin nə qədər kalori itirilməsinə səbəb olduğu haqqında mifləri araşdırmaq qərarına gəlib. Nəticədə 1 dəqiqədə 5 kalori itirildiyini aşkar edib. Bu rəqəm sizə çox kiçik görünə bilər, amma unutmayın ki, sadəcə TV izlədiyiniz zaman orqanizm dəqiqədə 1 kalori yandırır.

6. Minneapolis Araşdırma Mərkəzinin alimləri iki həftədən bir gerçəkləşən seksin ürək xəstəliklərinin qarşısını aldığını iddia edir. Eyni zamanda onlar seksin testosteron və estrogenin səviyyəsinin tənzimlənməsində də mühüm rol oynadığını bildirir. Çünki bədən az hormon ifraz etdikdə (seks bu rəqəmi artırır) infarkt riski artır. Hətta alimlər infarkt nəticəsində baş verən ölüm halının (xüsusən yaşlılar) sekslə az məşğul olanlar arasında yüksək olduğunu iddia edir. Bu risk sekslə hədsiz çox məşğul olduqda da orqanizmin zəifləməsi səbəbindən artır. 

7. Bu məlumat tez-tez başağrısı olanlar üçündü. Nyu-Cersi Universitetinin alimləri seksin baş ağrılarında ağrıkəsici rolu oynadığını iddia edir.

qadinkimi.com