BURA / ORA
Salome Zurabişvili: Regiondakı gərginliyin kimin marağında olmasını təxmin edirik Tarix : 22 İyun 2019, 07:39
Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ-ın Gürcüstandakı təmsilçisi, Avropa Birliyi nümayəndəliyinin rəhbəri ilə görüşüb. Prezident eyni zamanda Almaniyanın, Britaniyanın, İtaliyanın, Fransanın, Niderlandın, Polşanın, Bolqarıstanın, Estoniyanın və Litvanın Gürcüstandakı səfirləri ilə də görüşüb.
RİA Novosti-nin xəbərinə görə görüş haqda Prezident Administrasiyası məlumat verib.
"Prezident qeyd edib ki, ölkədəki vəziyyətin sabitləşməsi üçün qeyri-sabitliyə çağırış etməyən bütün siyasi qüvvələrlə əməkdaşlığa hazırdır ".
Zurabişvilinin sözlərinə görə, "Gürcüstan regionda sabitliyin mərkəzidir. Hadisələrin gərginliyinin və sabitliyin pozulmasının kimin marağında olmasını təxmin etmək mümkündü", - Gürcüstan prezidenti əlavə edib.

qadinkimi.com