YAZI / DÜŞÜNCƏ
Rahatlıq tapmaq istəyirsinizsə Tarix : 04 Noyabr 2021, 10:44

Mənim ən böyük uğurum insanlara mənim hqqımda istədiklərini, ağıllarına gələni düşünməklərindən narahat olmamağımdır.

Axı hər kəsin öz başı var və başını nə ilə istəsə məşğul edə bilər, yora bilər. Bunun mənə nə dəxli?

Bu qərara gələndən sonra qəribə rahatlıq tapdım. Azadlıq tapdım.


Deməli, kiminsə münasibətinə, fikrinə görə qorxmaqdan xilas oldum.


Bir də mən heç vaxt mübahisələrə vaxt sərf etmirəm. Mabahisəli məsələlərdə diskusiyaya getmirəm. Haqlı olduğumu sübut etməyə çalışmıram.

Bütün bunlara həvəsim yoxdur. Hətta həvəsim olarkən sərf etdiyim vaxt üçün təəssüflənirəm.
Mənim üçün maraqlı olmayan insalarla ünsiyyətdə olmaqdan uzağam.

 

 

Elə adamlar var ki öz doğru bildikləri mənasız fikirlərini sənin beyninə yeritməyə çalışır. Onlarla mübahisə etmək vaxt itkisidir.

Ürəyinizcə olmayan adamlardan uzaq olmağa çalışın mənim kimi.

Bir də özünü həmişə haqlı bilənlərlə yaxınlıq etməyin. Doğmanız olsa belə, ona güzəştə getməli, daha çox susmalı olacaqsınız. Bu da sizin sinir sisteminizə təsir edəcək. Yanında olmaqdan gərginlik yaşayacaqsız. Öz fikrinizi bildirsəniz və ya etiraz etsəniz, onun namərdliyi ilə üz-üzə qala bilərsiz. Öz təcrübəmdən bilirəm.

Ağlınız, ürəyiniz "yox” dediyi zaman, "hə” deməyə məcbur qoymayın özünüzü.

Yanında daim özünüzə bəraət verməyə çalışdığınız, daim ehtiyat etdiyiniz biri sizin adam deyil.

Özünüzü sizi sevən, anlayan, duyan, sizin dəyərinizi bilən insanlar üçün qoruyun.

Ötən günlər, aylar təkcə zaman deyil-ömürdür.Qədrini bilin!

Kimisə itirməmək üçün sizə maraqlı olmayan yerdə vaxt öldürməyin.

Başqaları üçün yaxşı olmağa çalışdıqca özünüzü qiymətdən sala bilərsiz.
Ömrünüzü sevin!

 

 
 
 
 

 
Hazırladı Kamalə Abiyeva
 

Qadinkimi.az