BURA / ORA
Qrim eksperimenti Tarix : 05 Noyabr 2019, 18:59
Yazar : Qadinkimi.com

1993-cü ildə Major və Crocker bir eksperiment aparır. Bir neçə qadının üzünə cəlbedici, böyük yara effekti yaradan qrim edirlər. Qadınlar özləri belə güzgüdə özlərini tanımırlar. Bundan sonra onlara tanımadıqları insanlarla söhbət etməli olacaqları bildirilir.  

Ancaq görüşdən əvvəl yara qriminin üzərindən qoruyucu krem çəkilir. Qoruyucu krem çəkərkən əvvəlki çirkin kremin silindiyi qadınlara deyilmir.
Tanımadıqları adamlarla görüşən qadınlardan görüşün necə keçdiyi soruşulur. Üzlərində heç bir qüsur olmasa da (çünki görüşə göndərilmədən əvvəl çirkin qrim artıq silinmişdi), çoxu həmsöhbətləri tərəfindən ayrı-seçkiliyə məruz qaldığını deyir. Hətta söhbət zamanı deyilən hansı alçaldıcı söz və hərəkətlə qarşılaşdıqlarını da dəqiqliklə xatırlayırlar.  

Eksperiment sübut edir ki, ortada heç bir əsaslı səbəb olmasa da, bu qadınlar özlərini ayrı - seçkilik qurbanı kimi hiss edirlər. Çünki öncədən şüuraltına yerləşdirilmiş  üzlərində çirkin yaranın olması gerçəkliyi var!

 

 

 

Qadinkimi.com