BURA / ORA, SƏNƏT
Qəlblərə toxunan 20 "danışan" foto Tarix : 28 Noyabr 2022, 18:20
Yazar : Qadinkimi.com
Fotoqrafiyanı dəyərli edən beynəlxalq dilə sahib olması və ya dilə ehtiyacın olmamasıdı. Elə fotolar var ki, nə vaxt, harada və ya kim tərəfindən çəkilməsinin elə də çox əhəmiyyəti olmur. Önəmli olan, ona baxanda hiss etdiklərindir. Hər birinin çəkilmə tarixçəsi olan, minlərlə sözdən artığını deyə bilən bu "danışan foto"ları sizlər üçün topladıq. 

1. "Mən toy fotoqrafıyam. Şəkildəki bəy ona həyatın ağır sınağından keçməyə kömək etmiş bu pişiklə şəkil çəkdirmək istədi. Əvvəllər evsiz olub, amma indi bu bir gözlü şahzadə sevildiyini hiss edir".
 
2. Atası məzuniyyət gününə çata bilməyən gənc tələbə onunla ölkə sərhəddində görüşür.

3. Güclü sel fəlakətindən sonra sevimli itinə qovuşan qadın. 

4. 72 illik evli cütlük birlikdə fortepiano çalır.

5. "Atamın alnındakı qırışlar şəklində tatu etdirmişəm”.

6.  Avstriyadakı uşaq evində yaşayan altı yaşlı Werfel, 1946-cı ildə Amerika Qırmızı Xaç tərəfindən ona hədiyyə edilən yeni ayaqqabısını qucaqlayır.

7. Qızı ilə ilk dəfə görüşən əsgər ata.

8. İş növbəsi bitəndən sonra yanğınsöndürənlər

9. "Yeni eşitmə aparatı ilə mənim xöşbəxt qızım”

10. Kiçik qız bu uğurlu futbolçuya heyranlıqla baxır

11.  Ata oğlunun sevgilisini məzuniyyət tədbirinə aparır. Oğlu may ayında avtomobil qəzasında həyatını itirib

12. Özü kiçik olsa da ürəyi böyük olan bu hindli uşaqlar küçə itini musson yağışlarından qorumağa çalışırlar.

13. Suriyalı ata qızını müharibədə qorumağa çalışır.

14. "Məni izləyin. Plastik zibil dünyası”

15. Deportasiya olunan qızı ilə vidalaşan ana.

16. Son anlarını oğlunun əlindən tutaraq keçirən 103 yaşlı kişi.

17. Bu dünyaya xoş gəldin, balaca!

18. "Dünən nənəm bu otağı sonsuzadək tərk etdi. Köpəyim həmişə onu qoruyurdu. İndi də burada növbədədir, dostunu gözləyir və axtarır"

19. Bir-birini yalnız dövlətlərin icazəsi ilə görə bilən Şimali və Cənubi 
 Koreyalı iki qardaşın vidalaşması.

20. Atanı xatırlamaq

qadinkimi.com