QADIN / KİŞİ
Qadınlar haqda 31 maraqlı fakt Tarix : 05 İyun 2019, 13:09
Yazar : Qadinkimi.com
1. Qadın futbolkanı arxadan tutub çıxartmır. 
 
2. Qadın başının ortasını qaşımır. Əvvəla özünü itirdiyini göstərmir, ikincisi, saç düzümünü dağıtmır. 
 
3. Qadın tez-tez saçını barmağına dolayır, ya da saçının ucu ilə yanağını qıdıqlayır. 
 
4. Qadınlar heç vaxt futbolçuların şəkil çəkdirəndə niyə ayaqlarını aralı qoyub qozbel kimi dayandıqlarını başa düşməzlər. Buna görə də  filmdə qəhrəmanın ayaqarasından botinka zərbəsi aldığı səhnəni izləyəndə diksinmirlər. 
 
5. Qadın siqareti dişləmir. Siqareti ağzında saxlamır. Həmişə əlində tutur. 
 
6. Əsnəyəndə qadın heç vaxt ağzını yumruqla örtmür, ovcu ilə örtür. 
 
7. Çiməndən sonra qadın həmişə başına çalma şəklində qətvə dolayır. Fərqi yoxdu, uzun, ya qısa saçlıdı. Bu şərq ritualının yaranma səbəbi məlum deyil.
 
8. Qadın faktiki olaraq alt paltarı yançaqlarının arasına girəndə qıcıqlanmır. Belə əzablı altgeyimə "string" deyir. Heç vaxt qadının masadan qalxıb gizlin hərəkətlə  alt paltarını düzəltmək istədiyini görə bilməzsiz. 
 
9. Nəsə atmaq istəyəndə qadın əlini yana deyil, arxaya aparır. Buna görə də qadını heç vaxt tank partlatmağa göndərmirlər.
 
10. Qadın o yoluq süpürgəyə oxşar atqını "quru güllərdən kompozisiya" adlandırır. 
 
11. Əllə görüşəndə qadın demək olar əl sıxmır. 
 
12. Səs eşidəndə qadın yalnız başını çevirir. Kişi bütün bədənini çevirir. 
 
13. Qadınlar adətən həşəratlardan, siçanlar və hörümçəklərdən qorxurlar. Onların hətta ən gözəl tırtıl da xoşlarına gəlmir. 
 
14. Qadınların çoxu sabunla yuyunmağın ziyanlı olduğuna inanırlar. Nə ilə yuyunduqlarını bilmək üçün hamama bax. 
 
15. Sekslə məşğul olan zaman qadınlar gözəl görünüb görünmədikləri haqda düşünürlər. 
 
16. Əlini göstərəndə kişilər ovuclarını açır. Qadınlar isə əllərinin üstünü göstərirlər. Görünür, ecazkar manikürlərini və üzüklərini sərgiləmək xoşlarına gəlir. 
 
17. Qadının barmaq silkələyərək dediyi sözləri uşaq verilişində senzurasız yayınlamaq olar. Kişilərin bu vəziyyətdə dediklərini yayınlamaq olmaz. 
 
18. Qadınlar pivə şüşəsini pivə şüşəsi açanla açırlar. 
 
19. Qadınlar sinəylə nəfəs alırlar. Kişilərin nəfəs zamanı qarın nahiyəsi aktiv işləyir.
 
20. Qadınlar əliboş gəzməyi sevmirlər. Buna görə də davamlı içində eşələnmək və ya kəmərindən tutmaq üçün həmişə çanta götürürlər. Çanta olmasa kitab, yelpik, əlcək və bu kimi əşyalar götürmək ənənəsi var. 
 
21. Harasa qalxıb enəndə qadın yana çevrilir. Kişi iri addımlar atır. 
 
22. Dabanlarına baxmaq üçün qadın arxasını çevirir. Kişi isə dabanını. 
 
23. Öz cinsi orqanına qadın çox vecsiz yanaşır. Onlar demək olar bir-biri ilə tanış deyil. Qadınlar ona müxtəlif məzəli ləqəblər vermir, söhbət etmir, ondan küsmür. Kişilər haqda bunu demək olmaz. 
 
24. Qızmış daş və ya qum üstündə qadın barmaqları üstündə gəzir. Kişi isə yalnız dabanını basır. 
 
25. Oturarkən qadınlar dizlərini qatlayırlar və onları yanaşı saxlayırlar. Buna görə də ictimai minikdə qadınla üzbəüz oturmaq daha yaxşıdı.
 
26. Gərnəşəndə və dartınanda qadınlar qollarını qatlayıb dirsəklərini yana çəkirlər. Kişilər qollarını ya qaldırır, ya da yana açır. 
 
27. Qadın abırsız anekdot danışanda əsas yerini astadan və ya hansısa mimikayla deyir. Kişilər isə məhz o yerini daha qabarıq səsləndirir.  
 
28. Xələtin kəmərini qadın beldən yuxarı, kişi beldən aşağı bağlayır. 
 
29. Qadının şalvarının bəndi küçənin ortasında açılsa, o, tamam sakit halda bəndi bağlayacaq. Kişilər bu halda panikaya düşürlər, arxaya çevrilib bağlayırlar. Ya da üst geyimlə örtüb hardasa gizlənib bağlayırlar. 
 
30. Qadınlar qulaqlarını barmaqla tutur, kişilər ovucla. 
 
31. Qadından alışqan istəyəndə o sənə alışqanı verir. Əlini dala-qabağa çəkib sənin qıvraqlığını yoxlamır.
 

 
qadinkimi.com (az)
 
 




 

qadinkimi.com (az)