QADIN / KİŞİ
Qadın həyatın bütün mərhələlərində kişilərin xilaskarıdır Tarix : 16 May 2020, 14:55
Yazar : Qadinkimi.com

* Qadın hər şeyi fitrətən bilir, kişi kitablardan öyrənir. - Budda.



* Qadınları anlamaq üçün bir labirinti düz yola çevirmək lazımdır. - Z.Freyd.



* Qadının sevmədiyi kişiyə heç vaxt yazığı gəlməz. - A. Düma.



* Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı varlıq yoxdur. - Evripid.



* Qadın ərə gedənə qədər, kişi isə evləndikdən sonra gələcəyindən narahat olur. - Bernard Şou.



* Nə qədər araşdırsan, qadın həmişə yeni olan mövzudur. - Lev Tolstoy.



* Qadın qəlbinə aparan cığırların ən kəsəsi yazıqlıqdır. - Corc Bayron.



* Qadın bilməyənə nəfs, bilənə nəfəsdir - Şəms Təbrizi.



* Qadın, insanın kölgəsi kimidir; qovsanız qaçar, qaçsanız qovar. - Chamfort.



* Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytandır, üç sevgilisi olan qadın isə əsl qadındır - Viktor Hüqo.



* Qadınlar bizi xoşbəxt etməyin bir yolunu, bədbəxt eləməyin min yolunu bilirlər. - Heyne.

 


* Qadınlar nadir halda bir birləri haqqında fikirlərində yanılırlar. - Aqata Kristi.


 

* Qadın həyatın bütün mərhələlərində kişilərin xilaskarıdır - Belinski.



 



qadinkimi.com