BURA / ORA
Qadın elmi işçilərin irəli getmələrinə nə mane olur? Tarix : 09 Dekabr 2019, 14:37
Yazar : Qadinkimi.com
 

Yeni araşdırma göstərir ki, elmlə məşğul olan qadınlar kişilərlə eyni göstəricilərə və imkanlara malik olsalar da, karyerada kişilər qədər sürətlə yüksələ bilmirlər.

Böyük Britaniyanın 24 ən yaxşı universitetinin 2,270 elmi heyəti arasında aparılmış araşdırmanın nəticəsi göstərir ki, kişilər hətta valideyn olmağı nəzərə almaqla qadınlardan daha yüksək vəzifələrə təyinat alıblar.

Cardiff Universitetinin araşdırmaçıları bu halın "qadınlara qarşı ayrı-seçkiliklə əlaqələndirilə biləcəyini" ehtimal edirlər.

 

 

Universitetin sözçüsü araşdırmanı aparanların "gender boşluğundan" təsirləndiklərini bildirir.

Cardiff Universitetinin araşdırmaçıları bu elmi araşdırmanı həyata keçirmək üçün "24 Russel Group" adı altında birləşərək Böyük Britaniyanın ən prestijli universitetləri hesab olunan 24 universitetindən təsadüfi seçimlə müxtəlif mövzuları araşdıran 2,270 alimi seçib.

Onlar seçdikləri şəxsləri akademik dərəcələrini nəzərə almaqla 5 sinfə ayırıblar və daha sonra da onları müxtəlif fərdi faktorlara əsasən araşdırmağa başlayıblar:

 
    • cinsə
    • yaşa
    • evdarlıq məsələlərində öhdəliklərə
    • öhdəliyindəki uşaqların sayına görə
     
     
 

Böyük Britaniyada Gender və Elmi Dərəcə araşdırması üzə çıxarıb ki, qadın olmaq yüksək vəzifədə işləmək ehtimalını azaldır.

Hətta araşdırılan şəxslərin yaşı, dərəcəsi, apardıqları və çap etdirdikləri araşdırmaların sayı nəzərə alındıqda belə, qadınlar daha az yüksək vəzifələrə təyin olunublar, araşdırmada deyilir.

Ayrı-seçkilik?

Bəlli olub ki, elmi işlə məşğul olan qadınlar tədrisə daha çox vaxt ayırmağa məcbur olublar, halbuki elmi-araşdırma işlərinə hədəflənmiş universitetlərdə bu, prestijli sayılmaya da bilər.

Davamlılıq jurnalında çap edilmiş bir araşdırmada deyilir: "İki eyni elmi dərəcəyə və şəxsi imkanlara malik şəxsi götürün, biri qadın olsun, digəri kişi.

Bu şəxslər fərqli elmi dərəcələrə sahib olacaqlar. Üstəlik kişinin elmi dərəcəsi daha yüksək olacaq".

Bu fenomen üçün bircə izah ola bilər: "qadınlara qarşı ayrı-seçkilik".

 
 

Russel Group-un siyasət direktoru Jess Cole: "Cardiff Universitetində aparılmış bu vacib araşdırma xatırladır ki, elmi sahə bir çox ixtisas və təşkilatlarda rast gəlinən gender boşluğundan əziyyət çəkməkdə davam edir.

Bu məsələyə çox ciddi yanaşan Russel Group-a daxil olan universitetlərin araşdırmaçıları iş yerlərində işçi heyətinə sərbəst qrafikli iş, subsidiyalı uşaq baxımı imkanları verməklə iş və ev arasında balansı qorumağa kömək edən siyasəti dəstəkləyiblər. Hansı ki, bu siyasət mentorluq və liderlik sxemlərini də özündə ehtiva etməklə, qadınların karyerada inkişafını dəstəkləmək üçün təşəbbüslər irəli sürür.

"Bizim üzvlərimiz öz əməkdaşları arasında bu təcrübə və proqramları inkişaf etdirməyə davam edir", - Jess Cole vurğulayır.

 


Mənbə: bbc.com
qadinkimi.com