BURA / ORA
Pulun üzərinə şəkli həkk edilən ilk türk qadın – Sabiha Tansuğ kimdir? (FOTOLAR) Tarix : 05 Avqust 2019, 18:40
Yazar : Qadinkimi.com
Sabiha Tansuğ türk etnoloqu, kolleksiyaçı və türk mədəniyyətinin tədqiqatçısıdır. Anadolu geyim mədəniyyəti sahəsində çox zəngin bir kolleksiyaya sahibdir.

Sabiha Tansuğ 1933-cü ildə Yunanıstanda dünyaya gəlib. 

2000-ci illərə qədər uzanan bir macəranın memarı olan Sabiha Tansuğ 1941-ci ildə ailəsi ilə birlikdə Yunanıstandan Türkiyəyə köçüb. Göztepe Sənət Universitetində təhsil alan Sabiha Tansuğ bu illər ərzində papaqlar tikib satmağa başlayır. 

1953-cü ildə İstanbula gəldiyində məşhur türk rəssamı Nuri İyemdən dərslər alır. 1963-cü ildə Avropa turuna çıxan Sabiha Tansuğ gördüklərindən təsirlənir. İstanbula döndüyündə 1964-cü ildə Piyer Loti təpəsində bir çayxana açır. 
 
 
Bu məkana olduqca böyük marağın olması, hər kəsin buraya axın etməsi Sabiha Tansuğu çox təəccübləndirmişdi. Lakin bir müddət sonra Sabiha Tansuğ təhdidlər almağa başlayır. Heç bir xidmət orqanının da işə qarışmadığına görə Sabiha Tansuğ bu məkanı bağlamaq məcburiyyətində qalır. 
 
 

Sabiha Tansuğ 1965-ci ildə babası Osmanlı valisi olan həmkarı Haluk Tansuğ ilə evlənib. 
 
 
Sabiha Tansuğ 1968-ci ildə "Anadolu qadın başlıqları” adı altında bir sərgi açır. Sərgidə həmin dövrün pul çap edən bürosunun müdiri Sabiha xanımın fotosunu çəkib, sikkələrin üzərinə çap etmək istədiyini bildirir. Təklifi sevinclə qəbul edən S.Tansuğun fotosu 1970-ci ildə 50 quruş üzərinə çap edilir. 

 
O, bu sevinci belə ifadə etmişdi: "Həyatımda bir çox mükafat aldım. Lakin bu, mənim üçün ən böyük və dəyərli bir mükafat oldu. Çünki bu günə qədər dünya tarixində heç bir sənətçinin fotosu sikkə üzərinə çap edilməyib”.
 
 
Sənətçi xanımın uğurları bununla da bitmir. 1971-ci ildə Yaponiyada və Parisdə sərgiləri açılır. Bu sərgilərə 74 ölkə qatılmışdı. 

Sabiha Tansuğ bunun ardından 1975-ci ildə Belçikada, 1976-cı ildə Strasburqda, 1980-ci ildə Roma Universitetində və 1985-ci ildə Kölndə sərgilərini həyata keçirir. 
 
 
Sabiha Tansuğ 1974-cü ildə, o günə kimi topladığı bütün əl işlərini bir araya yığıb muzey açmaq arzusuna düşür. O, bunun üçün Mədəniyyət Nazirliyinə müraciət etsə də istədiyi cavabı ala bilmir. Həmin dövrdə bir qadının təkbaşına belə bir muzeyi açmaq iqtidarında ola bilməyəcəyi düşünülürdü. 

 
Sabiha Tansuğ bu xəyal qırıqlığının üzərinə yenidən baş örtüklərini toplamağa davam edir. Bundan əlavə o, iki kitab da yazır. Kitabların birinin adı "Türkmən geyimi”, digərinin adı isə  "Türklərdə çiçək sevgisi və Sümbülnamə”dir.
 
 
2007-ci ildə onun kolleksiyasından 430 ədəd dəyərli parçalar oğurlanmışdı. 

Sabiha Tansuğ 2010-cu ildə dostlarının da dəstəyi ilə yaşadığı evi bir muzeyə çevirir. İstanbulun mərkəzində yerləşən bu muzey gün ərzində 1000-2000 nəfər arsında ziyarətçi qəbul edir. Burada 16-cı əsrdən 1950-ci illərə qədər parçalar görmək mümkündür. 
 











Turan Oruc
Mənbə: musavat.com