QADIN / KİŞİ
Kişinin sizə psixoloji təzyiqini necə anlamaq olar Tarix : 25 Aprel 2022, 22:29

Bəzən qadın psixoloji zorakılığa məruz qaldığını özü də anlaya bilmir.

Əgər əl qaldırmırsa, döymürsə deməli zorakı deyil düşünənlər çoxdu.

Əlbəttə, bu da faktdır, amma bir məsələ var. Siz bu adamla rahatsız? 

 


 

Qarşındakının zorakı və ya manipulyator olduğunu nədən bilək? 


Bütün qərarlarınız ondan asılıdırsa, ondan içinizdə qəribə bir qorxu varsa, onunla ucadan düşünə bilmirsinizsə, bütün söhbətlərin sonu dava ilə bitirsə çox böyük ehtimal siz bir manipulyatorun psixoloji təzyiqi altındasınız.

 

 

Adətən qadına bu cür narahatlıq yaşadan kişilər axır-əvvəl fiziki şiddətə əl atırlar. Ola bilər ki, münasibətin əvvəlində sizə əl qaldırmır, kobudluğunu gizlətməyə çalışır. Zamanla içindəki həqiqi adamı üzə çıxarmağa başlayacaq. 


 

Bunu əvvəldən necə hiss etmək olar? 


 

Qərarlarınıza hörmətlə yanaşmayan, sizi daima axmaq vəziyyətində qoyan, qısqanclıq pərdəsi altında əslində sizi kontrolda saxlayıb həyatınızı ağırlaşdıran, özünüz nə etsəniz, nə desəniz sizə səhv bir iş görmüsünüz kimi hiss yaşadan adam adətən sonradan bütün həyatınızı özündən asılı vəziyyətə salacaq.

 

Sizin istədiyiniz kimi düşünmək azadlığınız belə olmayacaq. Bütün qərarları o verəcək, bütün ömrünüz hesabatla keçəcək, günlər keçdikcə çevrənizdən, sevdiyiniz hobbilərinizdən, maraq dairənizdən, hətta işinizdən ayrılmalı olacaqsız. O isə heç vaxt tamamilə sizə aid olmayacaq. Sizdən ayrı çevrəsi, dostları, işi-gücü, maraqları olacaq. Sizə qadağalar qoyacaq, istədiyi vaxt kobudluq edəcək, hətta əl qaldıracaq.

Belə bir həyata hazırsınızmı? 


 

Hazırsınızsa bu məqalə sizə aid deyil. Hazır deyilsinizsə o zaman bu əlamətlərə diqqət edin:

 

Yalnız onun qərarları keçərlidi? 



Ondan qorxursunuz?

 

 

Sizə lazımi diqqəti ayırır, yoxsa sizi axtarması kontrol etməsidi?

 

 

Hər xırda məsələyə görə qanınızı qaraldır?

 

 

Dalaşdığınız zaman barışmaq üçün addım atır?

 

 

Bu addımı atarkən dava mövzusunu uzadır?

 

 

Sizi alçaldır, təhqir edir?

 

 

Bu əlamətlərin çoxu varsa, ehtiyatlı olun. Düşünməyə dəyər. Bu əlamətlərin yalnız biri varsa, hər şeyin yaxşıya doğru getmə ehtimalı var, amma yenə də şans azdır. Əlamətlərin heç biri yoxdursa təbrik edirik, sizi xoşbəxt birgəlik gözləyir. 

 

 

 

Qadinkimi.com-dan psixoloji dəstək