BURA / ORA
Portuqaliyadakı müsəlmanlardan evsizlərə Milad jesti - VİDEO Tarix : 26 Dekabr 2019, 10:30
Yazar : Qadinkimi.com
Portuqaliyadakı müsəlmanlardan evsizlərə Milad jesti; Lissabon Məscidində onlarla evsizə yemək verildi.
 

Portuqaliyanın paytaxtı Lissabonda yaşayan müsəlman icması Milad ərəfəsində Lissabon Mərkəzi Məscidinin qapılarını evsizlərə açdı.

Məscidin yeməkxanasına gələn onlarla evsiz insan, bu əlamətdar gündə öz evlərində olmasalar da, onlara verilən isti yeməyi yeyərək gecəni burada qeyd ediblər.

Adı açıqlanmayan bir kimsəsiz öz hisslərini bu sözlərlə ifadə edib:

"Uzun müddətdir hiss etmədiyim ailə sevgisini və doğmalığı hiss etdim. Süfrə, mehriban söhbət və isti yemək ..."

Daha sonra Portuqaliya müsəlman icması hazırladıqları yeməkləri digər evsiz və ehtiyacı olan insanlara paylamaq üçün küçəyə çıxıb.

Portuqaliyada yaşayan müsəlmanların bu Milad jestini bütün ölkə mediası xəbər bülletenində yayımlayıb.

Mənbə: euronews.com
qadinkimi.com