QADIN / KİŞİ
Onu illər sonra görməyə can atmayın Tarix : 14 Sentyabr 2020, 03:43

Əslində həm kişi, həm də qadınlar daha çox emosional  duyğular – sevinc, əsəb, kədər, təəccüb, heyrət və s. kimi duyğular yaşadan birini unuda bilmir. Emosional yaşantılar yoxdursa, seksual həyat nə qədər cəlbedici olsa da unudulur.

Şəxsi münasibətlərdə, seksual yaşamda qadınların daha hissiyatlı olmasını vurğulamasaq olmaz.

Sirr deyil ki, kişi intim əlaqədə olduğu qadını asanlıqla unudur. Qadınlar isə daha çox onlara "vurulur”.
psixoloqlar belə hesab edir ki, kişilər adətən onlara ağrı yaşadan, xəyanət edən, ondan istifadə edən, başqa sözlə tam hökmranlıq edə bilmədikləri qadınları unutmur. Ümumiyyətlə rahat münasibətlərdə olduqları partnyoru da daha rahat unudurlar. Yəni əsas səbəb qələbə qazana bilmədikləri birinin olmasıdır. Kimin üzərində hökmranlıq edə bilmirsənsə, unutmursan. Münasibətlərdə də əsas rol oynayan "qalib”likdir.

Bunu uşaqlıq duyğuları ilə bağlayanlar da var. İlk sevgin anaya olur. Böyüdükcə onun dediklərini yox, öz dediklərini etməyə çalışırsan, çox vaxt onu "məğlub” etmək istəyirsən və bu qarşılıqlı münasibətdə də özünü göstərir. Bu qızlarda da belə olur. Adətən uşaqların çoxu yeniyetməlik dövründə valideynləri ilə "döyüşür” və qalib olmaq istəyir.

Bir çoxunun fikrincə adətən sonralar ilk sevdiyin unudulmur. İlk yaşadığın istənilən duyğunun yaddaşda izi qalır. Fırtına kimi olur həyatında. Amma sonrakı yaş dövrlərində də sevgi qəfil yaxalaya bilir adamı.

Kişilər 45 – 50 yaşlarında bəzən güclü vurğunluq yaşayır, adətən gənc qızlara aşiq olurlar. Bunu ilk sevgi kimi yaşayırlar. Amma illərlə ürəyində toxunulmaz bir hisslə yaşamaq da daşıdığın artıq yükdür.

Adının açıqlanmasını istəməyən bir cavan qəribə hadisə danışdı: Məktəbdə bir qızı dəlicəsinə sevirdim.Gənc idik. Həyatımız qarşıda idi. Arzularımız, məqsədlərimiz vardı. Məktəbi bitirəndən sonraonu az gördüm. Ayrıldıq. Amma o, yuxularıma girirdi, unuda bilmirdim. Sonralar başqasını sevdim, ailə qurdum. İstənilən mübahisədə onu xatırlayır acı çəkirdim. Onunla daha xoşbəxt olacağımı düşünürdüm. Bir dəfə məktəb yoldaşlarımdan biri sosial şəbəkədə onun səhifəsini göstərdi mənə. Çox həyacanlandım. Ürəyim o illərdəki kimi döyündü və...

Və qorunan nə varsa, qırılıb dağıldı bir anda. İlahi, illərlə cürbəcür pozalarda, xoşagəlməz geyimlərdə yarıçılpaq şəkillər paylaşan bu qadınımı sevmişəm? Onun paylaşdığı videolar o qədər bəsit və utancverici idi ki!

Az qala 30 il keçmişdi. Hələ də xəyalıyla yaşadığım qız idimi bu? Elə bil dağıldım. Paramparça oldum. İllərimi oğurlamışdılar elə bil...Əgər ilk sevdiyinizi qəlbinizin bir küncündə qoruyub saxlayırsınızsa, onu illər sonra görməyə can atmayın. Sadəcə ordaca qalsın. Tamam fərqli biri ilə görüşmək daha ağrılıdır.

Həyatdır. Belə də olur. Özünüzü "kaşki”lərlə yormayın. Xoşbəxtliyiniz yanındaykən onun hardasa qaldığını düşünməyin.

Yanında özünüzü güvənli, rahat hiss etdiyinizlə xoşbəxtsiz. Xoşbəxt olmadığınız yerdə olmayın.

Ağlınızla ürəyinzin səsini dinləyin. İkisinin arasında vurnuxursunuzsa, həyatınız düz getmir.Sahmana salmağa çalışın. Eyni sözləri deyirlərsə, eyni duyğunu yaşayırlarsa, XOŞBƏXTSİZ.

 


 

 
qadinkimi.com