YAZI / DÜŞÜNCƏ
O, banidir, lider deyil - Elman Eldaroğlu yazır Tarix : 30 Yanvar 2019, 12:18
O, banidir, lider deyil...

...Kim deyir ki, o yaşamır - uzaq səfərdədir, bir gün "dönəcək"…
...Kim deyir ki, o, liderdir - liderlər bir-birini əvəz edir. O isə əvəzolunmazdır…
...Kim deyir ki, ondan öndə bir kimsə var - o, millətin fövqündədir...
…Hər ölkənin qurucusu olur, o da bu ölkəni qura bildi…
…O, özüdür-Azərbaycan Respublikasının banisi...
…100 ildir ki, əlahəzrət zaman onu tarixdə qoruyub saxlayır. Nə qədər ki, bu ölkə, bu xalq var, onun adı həmişə yaşayacaq…
…Hər kəsin bir doğum günü olur - doğum günü olmayan təkcə Allahdır…
…Yanvarın 31-də dünyaya gəlib - hamı kimi o da anadan olub...
135 yaşınız mübarək, Azərbaycan Respublikasının banisi, Məhəmməd Əmin Rəsulzadə!